Paylaş

Əziz oxucular, “Həkim məsləhəti” rubrikasında bu dəfə mütəxəssislərimiz sizin hamiləlik dövrü ilə əlaqədar suallarınızı cavablandırdı. Səhhəttinizlə bağlı hansısa şikayətiniz var, həkim qəbuluna getmə üçün isə vaxtınız yoxdursa, suallarınızı bizə göndərin həkimlərimiz cavablandırsın.

1. Oxucu sualı: Salam, həkim. Mənim ilk hamiləliyim 42 yaşımda olub. İndi isə 45 yaşım var. Test nəticələrinə görə yenidən hamiləyəm. Birinci hamiləliyim ağır keçib. İndi bilmək istəyirəm. Bu hamiləliyim mənim və körpənin səhhəti üçün hansısa problemlər yarada bilərmi?

1. Həkim cavabı: Gec hamiləliklər mütləq həkim-ginekoloq müşahidəsi altında aparılmalıdır. Çünki bir yaş dövründən sonra qadın orqanızmində bəzi hormonal və fiziki dəyişiklilər (enerjinin azalması) baş verir. İlk öncə qan analizi və USM vasitələri ilə hamiləliyi təsdiqləmək lazımdı.
Gec hamiləliklərdə irsi xəstəliklərin və xromosom anomaliyaların riski artdığı üçün, sonra hormonal fonu və hər trimestrə uyğun olan prenatal skrinninq və USM keçmək mütləqdi (bəzi hallarda amniosentezə ehtiyac ola bilər). Həkim yaşınıza orqanızminizin vəziyyətindən asılı olaraq əlavə vitaminlə və yaxud preparatlar təyin edə bilər. Siz isə çalışın fiziki hərəkətlərlə, məsələn üzmə ilə bədənizin müqavimətini artırasınız.

2. Oxucu sualı:Həkim, mənim ikinci və üçüncü hamiləliyimdə gecikmə olmuşdu. Uşaq 9 ay 2 hətə sonra doğulmuşdu. Uşaqlardan biri 2 həftə, digəri isə 10 gün yaşamışdı. İndi uzun müddətdən sonra yenidən hamiləyəm. Bu dəfə eyni risklərin olmaması üçün nələr etməliyəm?

2. Həkim cavabı: Hamiləlik 41 həftədən sonar gecikmiş sayılır. Bu halda hamilə qadını xəstəxanada daimə müşahidə altında saxlamaq məsləhət görülür.
Lakin ilk öncə gecikmənin səbəbini araşdırmaq lazımdı. Buna bir neçə amil gətirə bilər: endokrin pozulmalar, artıq çəki, sinir sisteminin tənzimləmə funksiyasının pozulması, elektrolit disbalans, oksitosin hormonunun azalması, irsi və immun amillər və s. Bunun üçün mütləq həkim-ginekoloq baxışı və bəzi müayinələr məsləhətlidir.
Hamiləlik gecikdıyi zaman plasentada bəzi degenerativ proseslər gedir, bu isə dölün qidalanmasında problem və hipoksiya yaradır. Belə hallarda döl bətndaxili və yaxud ilk günlərində vəfat edə bilər.
Bunun qarşısını almaq üçün hamiləlik müddəti USM, EKQ, kardiotokoqrafiya və s. kimi vasitələrlə həkim-ginekoloq dölün vəziyyətini kontrol altında saxlamalıdır. Doğuş yaxınlaşdığında isə həkim məsləhəti ilə xəstəxanaya yatış, ehtiyac olsa göstəricilərlə stimulyasiya və yaxud qeysəriyyə əməliyatı məsləhət görülə bilər.

3. Oxucu sualı: Həkim, mən üç aylıq hamiləyəm. Hamiləliyimin ikinci ayından başlayaraq hər gün ürəkbulanmalar olur. Elə olur ki, gün ərzində yediyim hər şeyi qaytarıram. Əvvəllərlə müqayisədə indi bir kiloqram arıqlamışam. Bunun qarşısını almaq üçün nə etməyimi məsləhət görürsünüz?

3. Həkim cavabı: Hamiləliyin ilk trimestri üçün toksikoz (hestoz) halları xasdır. Səbəb, qadın orqanizminin dölə yaranan adaptasiyasıdır. Bu vaxt bulantı, qusma, ağız suyunun axması yaranır. Toksikozun bir neçə ağırlıq formaları mövcuddur, aydınlaşdırmaq üçün həkim müayinəsi, QÜA, SÜA, biokimyavi analizlər məsləhət görülür.
Nəticələrə əsasən, müalicə və yaxud həyat tərzində, qidalanmada bəzi dəyişikliklər məsləhət görülə bilər. Psixolojı və fiziki sakitlik, sedative preparatlar, hepatoprotektor, qusmaya qarşı təbii vasitələr, vitamin və s. yüngül toksikozun qarşısını almaq üçün istifadə oluna bilər. Gün ərzində az-az, 5-6 dəfə qida qəbulu, çox qaynar, qızardılmış, ədviyyatlı, turşulu olmayan qida qəbulu, qazlı içkilərdən imtina köməklik edə bilər.
Lakin əgər toksikoz ağır formada keçirsə, bu halda xəstəxana şəraitində müalicə məsləhət görülə bilər.

4. Oxucu sualı: Mən 4 aylıq hamiləyəm. Birinci hamiləliyimdə olduğu kimi indi də daha çox turş, duzlu yeməklər yeyirəm. Bu ilk hamiləliyimdə də mənə müəyyən problemlər yaratmışdı. Amma yeməkdən də özümü saxlaya bilmirəm. Yenidən eyni problemin olmaması üçün nə etməliyəm?

4. Həkim cavabı: Mütləq səhər yeməyi, qidanı gün ərzində 6-7 dəfə kiçik porsiyalarla qəbul edin, ziyanlı yeməklərdən uzaq durun (fastfood, ədviyyatlı), vitamin və mikroelementlərlə zəngin məhsullarla (meyvə və tərəvəz) rasionunuzu genişləndirin, kifayət qədər maye qəbulu, fiziki aktivlik, təmiz hava məsləhətlidir.
Çox turş və duzlu yeməklər bədəndə mayenin saxlanılmasına səbəb ola bilər, bu isə öz növbəsində şişkinlik və az hərəkətliliyə səbəb ola bilər. Əlavə bulantı və qıcqırma yaranır.
Əlavə məlumat üçün ginekoloq məsləhətinə ehtiyac ola bilər.

5. Oxucu sualı: Mən altı aylıq hamiləyəm. Hamiləliyimin 4-cü ayından başlayaraq ayaqlarım şişməyə başlayıb. İndi isə ümumiyyətlə hərəkət etməkdə çətinlik çəkirəm. Bu passivlik isə qorxuram ki, uşağın səhhətinə mənfi təsir edər. Ayaqlarımdakı şişin müalicə olunması üçün, az da olsa yox olması üçün nə etməliyəm?

5. Həkim cavabı: Əsasən hamiləlik zamanı yaranan şişlərin səbəbi ayaq damarlarında artan təzyiq, böyüyən uşaqlığın çanağa göstərdiyi ağırlıqla əlaqədərdir. Eyni zamanda orqanizmdəki mayenin artması müşahidə olunur. Ağırlaşmalar ağır hestoz, varikoz genişlənmə, böyrək və yaxud ürək-damar sistemi ilə əlaqədər olduğu üçün mütləq şəkildə həkim-ginekoloq, ehtiyac olsa terapevt baxışı lazımdı!
Duzun və qızardılmış yeməklərin məhdudlaşması, balanslı qıdalanma, vitamin C və E tərkibli, ayaqlara zaman-zaman istirahət, yüngül massaj, xüsusi geyim və gimnastika Sizə bəzi hallarda yardımçı ola bilər.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.hami