Paylaş

Baş verən hadisədə valideyn affektiv vəziyyətində olmasına diqqət yetirmək istərdim. Həmin şəxs içkili vəziyyətdədirsə və yaxud əsəblə bağlı xəstəlikəri varsa, affekt vəziyyətinə düşdüyü zaman çox böyük gərginlik içində olur.

Bu sözləri uşaq psixoloqu Narınc Rüstəmova, Beyləqanda kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirməsindən danışarkən deyib:

“Bu halda insan şəxsiyyət olaraq özünü itirir və qarşısındakının övladı olub- olmamasının fərqində deyil. Bu hallar tez-tez müşahidə edilir. Kişilər təkcə övladını deyil, bütün ailəsini, hamını öldürmək istəyir. Bu insanlar daha çox nevroz xəstəliyi olanlardır. Bəzən insanlar düşünürlər ki, əsəb xəstəliyi varsa, adi preparat qəbul etməklə keçib gedəcək, amma bu belə deyil. Müalicə alınmalıdır ki,  belə hadisələrlə nəticələnməsin. Ümid edirik ki, bu vəziyyətlər həll olunacaq, çünki heç bir ata öz övladını planlı şəkildə, istəyərək öldürmək istəməz. Mütləq ki, atanın psixoloji pozuntusu ya da zərərli vərdişi var. Hərdən qadınlar da belə vəziyyətə düşür, övladını döyür. Daha sonra özlərinə baxıb qorxurlar. Həmin adamlar qarşısında olan insanı necə incitdiyini bilmirlər”.

GSR.fm