Paylaş

İnternet bir çox insanın həyatının ayrılmaz hissəsi olduğu kimi mənim də ayrılmaz dostuma çevrilib, çünki işim daha çox İnternetlə bağlıdır. Hətta komputerlə İnternetə qoşulmaq imkanım olmadıqda belə daima smartfon vasitəsi ilə qoşulur və işlərimi telefonla görürəm. Onsuzda Smartfonlar son zamanlar mobil telefon funksiyasından daha çox iş görən cihaza çevrilib. Artıq insanlar komputer olmadan telefonları ilə e-maillərini yoxlamaqdan tutmuş, müxtəlif cədvəlləri və təqdimatları da smartfonla hazırlaya bilirlər. Bir də texnologiyanın inkişafı nəticəsində yeni yaradılmış və ya inkişaf etdirilmiş müxtəlif sistemlər, xidmətlər var ki, insanlar onlardan istifadə edərək işlərini rahat şəkildə görə bilirlər. Bu isə insanlara həm də daha operativ olmaq şansı yaradır.
Ötən həftələrdən birində Şəkiyə getməli idim, eyni zamanda həmin gün vacib iş görüşüm var idi. Amma nə səfərimi ertələyə bilirdim nə də ki, görüşümü. Ona görə də razılaşıb iş görüşün Skype vasitəsi ilə edəcəkdim. Düşünürdüm ki, evdə İnternet var. Buna görə də Şəkiyə çatdıqdan sonra rahat şəkildə iş görüşümü reallaşdıra biləcəm. Planıma görə günorta 3-ün yarısı evə çatacaqdım, 3-də isə İnternet vasitəsi ilə görüşümü keçirməli idim.
Evə planlaşdırdığım vaxtdan 20 dəqiqə gec çatdım, amma əsas məsələ bu deyildi. Evdə İnternet bağlanıb və görüşə 10 dəqiqə vaxt qalıb, mobil İnternetin sürəti ilə bağlı problem yaşana biləcəyini düşünüb buna risk edə bilmirəm, həmin görüş üçün mütləq skypeda online olmalıyam. İnternet kafeyə getmək və ya ödəmə terminalı tapıb İnternetin pulunu ödəmək üçün vaxtım çatmayacaqdı.
Evdə nə edəcəyimi düşünürdüm, vaxt isə gedirdi. Artıq görüşə dəqiqələr qalırdı. Elə həmin an İnternetin pulunu elə İnternet vasitəsi ilə bir dəqiqəyə ödəyə biləcəyimi xatırladım. Düşündüm mobil İnternetim var və onunla elektron ödəniş portalı olan hesab.az-a daxil ola və ödənişimi çox asanlıqla evdən çıxmadan, həm də vaxt itirmədən ödəyə bilərəm. Portalın mobil versiyasının olması mənim işimi daha da asanlaşdırdı, çünki Web versiya gec yüklənə bilərdi, mənim isə vaxtım yox idi. Hesab.az –ın mobil versiyası ilə ödənişi yekunlaşdıranda, planlaşdırılan görüşə 3 dəqiqəm qalmışdı. Olduğum yerdən asılı olmayaraq online ödəmə istemi ilə ödənişimi edib iş görüşməni edə bildim.
Beləcə İnternetin, texnologiyanın inkişafı nəticəsində yaradılmış elektron ödəniş portalı məni çox çətin bir vəziyyətdən çıxardı, kobud dildə desək, məni və işimi xilas etdi. Buna görə də hesab.az ödəmə portalı bu gündən etibarən mənim üçün xidmət səviyyəsi ilə fərqlənən, daha dəqiq desək, KİŞİ KİMİ xidmət göstərən bir ünvandır.