Paylaş

Amerikada 32 yaşlı Kristofer Vatson adlı şəxs qəribə bir hadisənin qurbanı olub.

Kishi.az Atv.az-a istinadən xəbər verir ki, Yen ili qeyd etmək üçün dostları ilə bir partiyə qoşulan Vatsonun başına qəribə iş gəlib. Yeni il partisində həddindən çox içən şəxs, başına gələcəklərdən xəbərsiz olub. İçkidən ayıldıqdan sonra isə ağrıları hiss edib. Bu zaman onun burnu qopmuş vəziyyətdə, üzü isə şiş olub. Dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun alnının dərisini kəsərək burnuna yapışdırıb. Uzun müddət cəmiyyət arasında belə gəzmək onda kompleks yaradıb. Nəhayət, zaman ötdükcə yeni dəri əmələ gəlib və burnunun artıq dəri hissələri kəsilib. O qeyd edib ki, uzun müddət keçməsinə baxmayaraq, bunu kimin etdiyini qəti xatırlaya bilmir. Ehtimala görə, ona ya hücum olunub, ya da yıxılıb.