Paylaş

Amerika Birləşmiş Ştatlarının Kent Universitetində müəyyən ediblər ki, idman zallarında məşq edərkən mobil telefondan istifadə, əldə olunan nəticəni iki dəfəyədək azaldır.

Mütəxəssislər deyir ki, qaçış zolağında və ya başqa bir idman qurğusunda mesaj yazaraq, telefonla danışaraq və ya sadəcə mobil telefondakı musiqilərə qulaq asaraq məşq etmək ziyanlıdır.

Mobil telefona başı qarışan insan istər istəməz hərəkətlərinin sürətini zəiflədir. Mütəxəsisslər bunu yolda gedərkən mobil telefonu ilə məşğul olan şəxsin addımlarının yavaşıması faktı ilə eyniləşdirir. Sürəti ən çox azaldan isə sosial şəbəkədə və ya telefonun mesaj bölməsində aparılan yazışmalardır. Diqqətini hərfləri yazmağa yönəldən insan məşq prosessindən ayrılmış olur.

Mütəxəsisslər idman həvəskarlarına zallarda telefondan istifadə etməməyi məsləhət görür. Əgər sevimli cihazınızdan ayrıla bilmirsinizsə mesaj yazmaq və danışmaqdansa musiqiyə qulaq asmaq daha məsləhətlidir. (Atv.az)