Paylaş

Azərbaycan mətbəxi ləziz yeməklərlə zəngindir. Bunlardan biri də tavada kababdır.
İftar üçün həm dadlı, həm də tutumlu yemək hazırlamaq istəyənlər üçün bu, çox əla seçimdir.

ANS PRESS tavada kababın hazırlanma qaydasını təqdim edir.

Hazırlanma qaydası

2 stəkan düyünü 1 çay qaşığı duz tökülən suda 1 saat qaynadırıq. Tava kababının əti üçün 1 kiçik soğanı sütrkəcdən keçirib, yarım kilo mal əti ilə yaxşıca yoğururuq. Amma bundan əvvəl əlimizin altında olan cürbəcür ədvalarla qiyməni daha ləzzətli edə bilərik.

İki xörək qaşığı duru yağı tavaya töküb, qiyməni tavaya qoyuruq. Qaynadıb süzdüyümüz düyüyə yağ əlavə edib, 20 dəqiqə dəmlənməyə qoyuruq. Tavadakı əti kabab şəklinə salmaq üçün isə onları bölürük. Yaxşıca qızardıqdan sonra yemək artıq hazırdır.

Yeməyi düyü və qızarmış tərəvəzlərlə süfrəyə verə bilərsiniz. Nuş olsun!