Paylaş

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Qol.az-ın məlumatına görə, üçüncü oyun günündə biri kişi, digəri qadın olmaqla daha iki taekvondoçumuz mübarizəyə qoşulacaq.

Kişilərin yarışında Milad Beiqi Harçeqani, qadınlardan isə Fəridə Əzizova yarışıb.

Qeyd edək ki, ilk iki yarış günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Kişilər-80 kq

Yığmamızın üzvü Milad Beiqi Harçeqani mübarizəyə ilkin mərhələdən qoşulacaq. O, ilk görüşündə serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və 12:0 hesabı ilə qalib gəlib. Teakvondoçumuz 1/4 finalda böyük britaniyalı Muhammed Lutalo ilə qarşılaşacaq.

Qadınlar-67 kq

Qadınların yarışında ölkəmizi Fəridə Əzizova təmsil edir. O, ilkin mərhələdə hollandiyalı Yoyse Van Baarinlə qüvvəsini sınayıb. F.Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşəcək.