Paylaş

“Tanımadığımız, etibar etmədiyimiz insanların geyimlərini geyindikdə, onları mütləq təmizləmək lazımdır. Bu geyimlərdən mikrob keçmir, lakin bir çox hallarda gənələrin keçməsi halı müşahidə olunur”.

Bu sözləri ikinci əl geyimlərin dəridə yaratdığı fəsadlarla bağlı danışan dermatoloq Günay Əhmədova deyib. O bildirib ki, ikinci əl geyimlərində olan gənələrin paltar vasitəsilə bir insandan digər insana keçmə hallarına tez-tez rast gəlinir:

“İkinci əl geyimləri geyindikdə, onları müəyyən temperaturda kimyəvi təmizləmədə yumaq lazımdır. İkinci əl geyimləri birbaşa satmaq olmaz. Əslində, ikinci əl geyimlərlə yanaşı, yeni geyimlərdə də sintetik materiallara rast gəlinir. Bəzən paltarın rənginin çıxmasını, rənglərinin bir-birinə qarışmasını müşahidə edirik. Bu, insan orqanizmi üçün çox zərərlidir. İkinci əl geyimlərdən insanlarda bir sıra xəstəliklərinin yaranmasını müşahidə edirik.

Birinci növbədə yaranan xəstəliklərdən biri qoturluqdur. Qoturluq xəstəliyinin sağalması uzun vaxt alır. Bu xəstəliyin mikroblarının yayılmasının qarşısını almaq üçün döşək və yorğan üzləri tez-tez dəyişdirilməlidir. Xəstəlikdə gənələrin yumurtalıqları böyüyə bilər. Bu yumurtalıqların dəriyə keçməsinin qarşısını almaq üçün ikinci əl geyimləri sterilizasiya etmək lazımdır. İstifadə olunmuş geyimlərdən insan bədəninə mikroblar da keçə bilər. Həmin mikroblar iki-üç gün ərzində bədən səthində ölür. Bu mikroblar qoturluq xəstəliyi qədər təhlükəli deyil. İnsanların ikinci əl geyimlərdən isifadə etməməsi daha məsləhətlidir”.

GSR.fm