Paylaş

Bu gün səhər saatlarında dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın vəsiyyəti məlum olub.

İlhamə Quliyeva ATV-nin “Onlar” verilişində bildirib ki, o, öləndə torpağa basdırılmağını istəmir:

”Mən istəmirəm ki, 30-40 ildən sonra öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də “krujevalarla” bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm. Çünki qurd-quşdan qorxuram”.