Paylaş

KFC toyuqları dünyada məşhurdur və hər kəs bilir ki, xüsusi resept ilə hazırlanır.

Kişi Magazine  sizə əfsanəvi resepti təqdim edir:

Hazırlanma vaxtı: 30 dəqiqə

İslanma vaxtı: 20-30 dəqiqə

Qızardılma vaxtı: 15-18 dəqiqə

4 nəfərlik porsiya

Tərkibi :

  • 2 stəkan un
  • 2/3 x.q duz
  • ½ q qurudulmuş kəklik otu
  • ½ x.q qurudulmuş nanə
  • 1 x.q kərəviz
  • 1 x.q qarabibər
  • 1 x.q quru xardal
  • 2 x.q sarımsaq tozu
  • 1 x.q zəncəfil
  • 3 x.q üyüdülmüş ağ bibər
  • 1 stəkan az yağlı qaymaq
  • 1 yumurta
  • Doğranmış toyuq əti

Hazırlanma qaydası :

  • Un və digər ədviyyatları bir qabda qarışdırın.
  • Başqa bir qabda yumurta və az yağlı kremi qarışdırın. Toyuq hissələrini 20-30 dəqiqə otaq temperaturunda saxlayın.
  • Bu toyuq parçalarını un və ədviyyat qarışığının içinə batırın. Toyuq hissələrini bir rəfə düzüb, 20 dəqiqə gözləyin.
  • Eyni zamanda qıraqları yüksək qazana 7-8 sm-lik yağ töküb, 175 dərəcəyə yaxın qızdıqdan sonra istiliyinin orta səviyyəyə düşməyini gözləyin. Yağ qəhvəyi rəng aldıqdan sonra toyuqları qızardın.

Mənbə: brightside.me