Paylaş

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda evdə “Sevilla”nı qəbul edən “Atletik” (Bilbao) rəqibinə 1:2 hesabı ilə uduzub. Bu oyun haqqında idman şərhçisi Sənan Şəfizadə KİSHİ.az-a  müsahibə verib. O bildirib ki, hesabın 2:1 “Sevilla” komandasının xeyrinə olması ədalətli nəticədir:

“Bu komandaların İspaniya derbisidir. Bu komandalar yarışlarda tez-tez görüşürlər. Çox maraqlı oyun idi. Mənim üçün gözlənilməz nəticə oldu. Çünki “Atletik” ev komandasıdır və evdə çox yaxşı mübarizə sərgiləyir. “Sevilla”nın üstünlük qazanması mənim üçün gözlənilməz oldu. Hesabın 2:1 “Sevilla” komandasının xeyrinə olması ədalətli nəticədir. Düzdür, oyun 1:1 ilə də nəticələnə bilərdi. Amma “Sevilla” yaranan şəraitdən və qol vəziyyətlərindən istifadə etdi. “Sevilla” qələbə qazanmaqla müəyyən mənada artıq yarımfinalın qapısını aralayır. “Atletik” üçün səfər çox çətin olacaq. Çünki “Sevilla” evdə tam fərqli oyun göstərir. Amma, məncə, bu dueldə də çox şey həll olunmayıb. İndiki halda “Sevilla”nın şansları daha çoxdur”.