Paylaş

İngiltərə Məşqçilər Assosiasiyası Premyer Liqanın ən yaxşı məşqçisini seçib.

“Lester”in çalışdırıcısı Klaudio Ranyeri mövsümün ən yaxşı məşqçisi adına layiq görülüb. O, bu mükafat uğrunda mübarizədə Maurisio Poçettino (“Tottenhem”), Slaven Biliç (“Vest Hem”) və Eddi Xaunu (“Bornmut”) geridə qoyub.

Qeyd edək ki, K.Ranyerinin baş məşqçilik etdiyi “Lester” bu mövsüm Premyer Liqanın qalibi olub.

Qol.az