Paylaş
Hər zaman başqaları tərəfindən dinlənməyə ehtiyac duyuruq. Bu iş mühitində daha çox lazım olacaq xüsusiyyətdir – insanların səni dinləməsini təmin etmək.

Psixoloji araşdırmalara görə, insanları nəyəsə razılaşdırmaq üçün bir çox üsuldan istifadə etmək olar. Bu zaman qarşınızdakının ruhu belə duymadan onun davranışlarını idarə edə bilərsiniz.

Necə? Bax, belə!

Qarşınızdakının bədən dilini təqlid etsəniz, o sizi daha çox sevəcək.

İş görüşündə işə götürənin davranışlarını ona hiss etdirmədən təqlid etsəniz, işə qəbul olunma ehtimalınız artar. Bunu “Buqələmun təsiri” adlandırırlar. Bir şəxsin məqsədinə çatmasına yardım edin ki, gələcəkdə o da sizə yaxşılıq etsin.

Psixoloqlara görə, əgər bir insana işində yardım etsəniz, sizə borclu olduğunu hiss edəcək və gələcəkdə sizə yardım edəcək. Təşəkkür edən zaman isə “dostlar dar gün üçündür” , “yox əşi, əstəğfurullah” kimi ifadələr də çox təsirli olacaq.

Daha tez danışa bilirsinizsə, danışdığınız şəxsi razı sala bilərsiniz.

Sizinlə eyni fikirdə olmayan şəxslə danışan zaman nitqinizi bir az da sürətləndirərək ona düşünmək üçün daha az zaman versəniz, mübahisə sizin xeyrinizə bitəcək. Bir qrup dinləyiciyə nəsə izzah edən zaman isə aram-aram danışmaq məsləhətdir.

İnsanlara təsir edə bilmək üçün göz şəkli olan tablolar, yaxud rəsmlərdən istifdə edin.

Bir araşdırmada kafedəki çiçəkli tablonun göz təsvir olunan tablo ilə dəyişdirdikdən sonra işçilərin daha təmiz və düzgün işlədikləri müşahidə olunub. Bunun səbəbi isə həmin tabloların insan üzərində izlənirmiş kimi bir hiss yaratmasıdır. İnsanların davranışlarını dəyişdirmək üçün fellərdən yox, isimlərdən istifadə edin.

Bir araşdırmada insanlardan eyni sual iki fərqli formada soruşulub:

1. Sabahkı seçkilərdə səs vermək sənin üçün önəmlidirmi?

2. Sabahkı seçkilərdə səsverən olmaq sənin üçün önəmlidirmi?

Daha çox ikinci sual ünvanlanan insanların səs verdikləri müşahidə olunub. (Atv.az)