Paylaş

1990-cı illlərin ən çox izlənilən cizgi filmi “Pokemon” artıq smartfon telefonlarda oyun halındadır. Bütün dünyada gündəmin aktualına çevrilmiş “Pokemon Go” qısa müddət ərzində milyonlarla insanın oynamağa başladığı oyun olub. Kishi Magazine “Pokemon Go” haqqında bilməli olduğunuz məlumatları sizə təqdim edir:

“Pokemon Go” nədir?

“Pokemon Go” istifadəçilərin olduğu bölgədə GPS vasitəsilə “Pokemon” tutmağa, tutduğunu “Pokemon”ların da digər oyunçuların “Pokemon”ları ilə döyüşdürmək və əvəz etməyə icazə verən smartfon oyunudur.

“Pokemon Go”nu necə yükləmək olar?

Oyunu Android və İOS mağazalarından rahatlıqla smartfonunuza yükləyə bilərsiniz.

“Pokemon Go” necə oynanılır?

“Pokemon Go” oyunçuları telefonlarına yüklədikləri tətbiq ilə ətraflarındakı “Pokemon”ları axtarıb tapmağa çalışır. Oyuna daxil olub xəritənin sağ hissəsindəki “Pokemon” işarəsinə kliklədiyiniz zaman ətrafınızda gizlənmiş bütün “Pokemon”ları görə bilərsiniz. Bu “Pokemon”ları tapmaq üçün telefonunuzla birlikdə ətrafda gəzməyiniz lazımdır. Ətrafı gəzməyə başladığınızda telefonunuza “titrəmə” gələcək. Bu titrəmə ətrafınızda bir “Pokemon” olduğunu bildirir. Xəritə vasitəsilə bu “Pokemon”u görürsünüzsə, üzərinə klikləyib tuta bilmə həyacanına başlaya bilərsiniz.

pokemon1“Pokemon”u necə tuturlar?

Xəritədə qarşınıza çıxan “Pokemon”u tutmaq üçün 2 vasitə var. “Pokemon”u xəritədə gördüyünüzdə həmin an üzərinə klikləyin. Kliklədiyiniz vaxt telefonun kamerası açılacaq və tutmaq istədiyiniz “Pokemon” real olaraq olduğunuz yerdə görünəcək. Digər vasitə isə “AR vəziyyəti”nə keçməkdir. Ekranın üst hissəsində AR düyməsinə klikliyərək, kameradan istifadə etmədən animasiya vasitəsi ilə “Pokemon”u tutmaq mümkündür.

“Pokemon Go” xəritəsində mavi işarələr nədir?

Oyunu oynayarkən xəritə üzərində mavi rəngli nöqtələr görəcəksiniz. Bu nöqtələrə getdiyinizdə “Poke pop” qazana bilərsiniz. Bu mavi nöqtələrə 5 dəqiqə müddətində getdikdə hədiyyənizi götürəcəksiniz Hədiyyənizi götürmək üçün halqanı tez çevirməyiniz lazımdır.

“Pokemon Go” tətbiqində necə döyüşmək lazımdır?

“Pokemon Go”da döyüşmək üçün xəritə üzərində “gym” adı verilən işarənin olduğu yerə getməyiniz lazımdır. Bu hissəyə gəldiyiniz zaman əgər 5-ci səviyyəyə çatmısınızsa, döyüşə bilərsiniz.

Cumhuriyet