Paylaş

“İnstagram-ın təzə logosu daha çox trendlərə uyğun hazırlanır. Orada köhnə loqodan qalan forma rol oynayır”.

Kishi.az xəbər verir ki, bu sözləri “İnstaqram”-ın yeni təqdim olunan loqosu haqqında GSR.fm-ə müsahibəsində qrafik-dzayner Rəsul Həsənov bildirib:

“İndi loqolarda daha çox rəngarəngliyə, keçidlərə üstünlük verilir. Bu günün trendinə uyğun olan bir loqodur. Bunu 100 illiyə hesablanmış loqo hesab etmək olmaz. Ola bilsin 5-10 il sonra yeni loqo təqdim olunsun. Düşünürəm ki, bu loqonun dəyişməsi normaldır. Mənə görə əvvəlki uğurlu deyildi. İnstaqramın açılma səbəbi polaroid fotosunu yenidən rəqəmsal dünyada canlandırmaq idi. Köhnə loqo da buradan qaynaqlanır. Yəni, retroluğu özündə birləşdirirdi. Sonra İnstaqram özünə yeniliklər əlavə etdi, indi şəkillər təkcə kvadrat deyil uzun formada çıxır deyə loqotip dəyişməli idi. Çünki əvvəlki ikon öz aktuallığını itirmişdi. Düşünürəm ki, elə də pis alınmayıb, uğurlu brenddir. Ümidvaram ki, daha da inkişaf edəcək”.