Paylaş

İnstaqram paylaşımları sizə tək şəklin yarada biləcəyi imkanlardan daha çox imkan yaradır ki, müştərilərə daha aydın mesaj ötürə bilərsiniz.

Bu məqalədə siz İnstaqram mətnlərindən biznes üçün istifadə etməyin yollarını kəşf edəcəksiniz.

Xüsusi təkliflər çatdırmaq

Xüsusi təkliflər İnstaqram hekayələrinin unikal xüsusiyyətləri birləşəndə ekstra-xüsusi görünür. Kuponu İnsatqram mətni olaraq post edin və elan edin ki, 24 saatın sonunda təklif bitəcək. Kupon istifadəçiləri sizin İnstaqram linkinə yönləndirə bilər.

Digər üsul isə İnstaqramın Direct Message bölməsindən istifadə edərək təklifinizi göndərə bilərsiniz. İstifadəçilərinizdən xahiş edin ki, İntsagram mətnlərinizə dərhal şəxsi mesaj ilə cavab versinlər. Məsələn, deyə bilərsiniz ki, “Bizə cavab yazın və sizi limitli vaxt təyin olunmuş təklif ilə təmin edək”.

Qeyd: Əmin olun ki, siz müştərinizə dəyərli nə isə təklif edirsiniz. Əgər aşağı keyfiyyətli təkliflər etsəniz, müştərilərlə əlaqənizə korlanacaq.

Kreativ prosesi göstərin

Bu tip paylaşımlar vasitəsilə auditoriyanızın sizə olan inamını artıra bilərsiniz. İş prosesini izləyicilərlə paylaşmaqla brendin gücünü və xidmət imkanlarınızı göstərə bilərsiniz. Əvvəlcə, əmin olun ki, müştəriniz bunların İnstaqram Marketinqinizdə paylaşılmasına razıdır.

İnstaqram aylıq təxminən 500 milyon aktiv istifadəçisi olan sosial media dünyasıdır.  İnstaqramın biznes sahəsində möhtəşəm gücünün olmasına baxmayaraq, yalnız 36% marketoloqlar İnstaqramdadırlar. Bu, onlar üçün böyük səhvdir. Əgər siz Feysbukda varsınızsa, İnstaqramda da olmaq və onun yeni imkanlarından istifadə etməyiniz lazımdır. Əgər necə bir kontent paylaşacağınıza əmin deyilisinizsə,  niyə də auditoriyanızdan sizdən nə gözlədiklərini soruşmayasız?