Paylaş

Hamının ətrafında saatlarca kompüter qarşısında oturub, sosial şəbəkələrdə vaxt keçirən insanlar var. Onlar internetdən asılı tiplərdir. Araşdırmalar nəticəsində məlum olub ki,  internet asılılığının əsas səbəbi insanların sosiallaşmaq istəyidir. Bəs bu sosiallaşmaq özünü daha çox  kişilərdə göstərir, yoxsa qadınlarda?

Türkiyənin Qazi Universitetinin Tibb fakultəsinin apardığı araşdırmada məlum olub ki, kişilər qadınlara nisbətdə daha çox internetdə vaxt keçirir. Bu asılılıq şəhərdə yaşayan insanlar arasında özünü daha çox göstərir.

Xüsusən də, yeniyetmə yaşlarında oğlanlar internetə daha çox marağı olur. Bu asılılıq irəliləyən yaşlarda da özünü göstərir. Psixoloqlar belə hesab edirlər ki, evdə atanın fiziki və mənəvi yoxluğu oğlan uşaqlarında vitual aləmə maraq yaradır.

Bəs bundan necə xilas olmaq olar?

Heç kim asılılıqdan birdən-birə xilas ola bilmir. Ona görə də,  siz bunu tədricən etməyə çalışın.  Ətrafınızdakı insanlara daha çox vaxt ayırın. Real münasibətlərə üstünlük verin. Onlayn oyunlardan qaçın. Gəzin, təbiət qoynuna gedin. Həyatın gözəlliklərini dadın. Real həyatın fərqinə varın. (Atv.az)