Paylaş

“Apple” “iPhone 6″nın eyni dizayn və yeni funksiyalar paketi ilə öz flaqman smartfonunun yenilənmiş versiyasını təqdim edib.

İctnews-un məlumatına görə, əsas yenililk ” 3D Touch” xüsusiyyətin olması, menyuları qısa yollarla aktivləşdirmək imkanıdır. “iPhone 6S” “iPhone 6” ilə eyni dizayna malikdir və 4.7 düyümlük ekran ölçüsündədir.

Əlavə olaraq, smartfon yeni rəng çalarında təklif olunur: qızıl gül. Əvvəllər də çəhrayı rəng çalarının istifadəsi müzakirə olunsa da, bu reallaşmamışdır.

Bundan başqa, smartfonun istehsalında yeni materiallardan istifadə olunub. Bu “Apple” üçün nəzərdə tutulan xüsusi yüngül alüminiumdur.

Eyni zamanda telefonun ekranı indi yeni şüşə ilə əhatə olunur ki, bu telefonu əyilməyə az meylli etmək üçün nəzərdə tutulub. “iPhone” sevənlər uzun müddətdir kameranın keyfiyyətinin artırılmasını səbirsizliklə gözləyirdi. “iPhone 6S” 12 meqapikselli arxa kamera ilə təchiz edilib. Yeni 64-bit prosessor smartfonun işini yüzdə 70 daha sürətli edəcək.

Sentyabrın 25-dən etibarən smartfon 199 dollara ABŞ-da müqavilə əsasında satışa çıxarılacaq.