Paylaş

“Apple” şirkəti sentyabrın 7-də San-Fransiskoda keçiriləcək təqdimata dəvətnamələr göndərib. Tədbirdə ən əsas yenilik yeni “iPhone” modellərinin təqdimatı olacaq. Belə ki, şirkətin 3 smartfon təqdim edəcəyi gözlənilir. Bunlar adi “iPhone 7”, onun böyüdülmüş versiyası “iPhone 7 Plus” və “iPhone 7 Pro” smartfonlarıdır. O da ehtimal olunur ki, şirkət “iPhone 7 Plus” qurğusundan imtina edərək bu adda “iPhone 7 Pro” smartfonu istehsal edib.

Kişi Magazine xəbər verir ki,  əsas diqqət məhz qabaqcıl “iPhone 7” və onun unikal xüsusiyyətlərinə yönəldiləcək.

Təqdimatda sensorlarının sayı artırılan ikinci nəsil “Apple Watch” “ağıllı” saatlarının nümayiş etdiriləcəyi gözlənilir.

Bununla yanaşı, yeni kompüterlərin təqdim ediləcəyi də istisna edilmir, lakin bunun daha çox payızda yeni nəsil “iPad” planşetlərinin nümayiş olunacağı ikinci təqdimatda baş tutacağı ehtimal olunur.

ICTnews