Paylaş
İranın Sistan-Bəlucistan əyalətindəki kəndlərdən birində kişilərin hamısı narkotik maddələrin qanunsuz satışı ilə məşğul olduqları üçün edam olunublar.
Bunu İran prezidentinin ailə, qadın və uşaq problemləri üzrə müavini Sahindoxt Molaverdi bildirib.
O vurğulayıb ki, edam edilənlərin ailələrinə hökumət dəstək verməlidir.
Edam olunanaların ailələrinə yardım haqda qanunun gündəliyə gətirilərkən, Sistan-Bəlucistan əyalətindəki kəndlərdən birindəki bütün kişilərin hamısının edam edilməsi də xatırladılıb.
Bu qanun İranın keçmiş, 6-cı prezidenti Mahmud Əhmədinijatın hökumət başçısı olduğu dövrdə qəbul olunub.
Qeyd edək ki, Sistan-Bəlucistan əyalətinin 2,3 milyon nəfər əhalisi var. Bu əyalətin əhalisi əsasən, bəluclardan ibarətdir. Əyalət sakinləri əsasən, narkotik maddələrin satışından əldə etdikləri gəlir hesabına dolanırlar. Pakistan və Əfqanıstanla qonşu olan Sistan-Bəlucistanda hər il onlarla insan müxtəlif ittihamlarla edam edilirlər.
Bizimyol.info