Paylaş

Bir müddət əvvəl futbolçu sevgilisi Cristiano Ronaldodan ayrılan rus model İrina Şeykin  FİFA-nın eks prezidenti Sepp Blatterlə sevgi macərası yaşadığı xəbərləri yayılıb.

Xatırladaq ki, İ.Şeyk portuqalyalı sevgilisi C.Ronaldodan ayrıldıqdan sonra bir müddət Hollywood aktyoru Bradley Cooper ilə sevgi münasibəti yaşamışdı.

Model hələ Sepp Blatterlə haqqında yayılan şayələrə münasibət bildirməsə də, İspaniya mətbuatı Şeykin Blatter ilə münasibətinin Ronaldo ilə sevgili olduğu dövrə təsadüf etdiyini yazıb. Eyni zamanda ispaniya mətbuatı 79 yaşlı Blatterin 29 yaşlı manikenlə haqqında çıxan bu şayələrdən narahat olduğunu və yaxın günlərdə mövzu ilə bağlı müsahibə verəcəyini də bildirib.

Qeyd edək ki, ali futbol qurumunun prezidentliyindən istefa verən Sepp Blatter hazırda Linda Barras ilə evlidir.

Çıxan şayiələr barədə Şeyk açıqlama vermək istəməyib.