Paylaş

Yəqin ki, həyatınızda bir dəfə də olsun qəribə suallarla qarşılaşmısınız. Bəs bu suallarla iş müsahibəsində qarşılaşsanız necə olar? İş müsahibələri uyğun namizədi tapmaqla yanaşı, uyğun olmayan insanları da seçməmək üçündür. İstədiyiniz qədər hazırlaşsanız da, müsahibədə qarşınıza gözləmədiyiniz suallar çıxa bilər. Bunlardan bir neçəsini təcrübə paylaşım saytı olan Quora yayımlayıb:

Hansı serial?

Komediyaçı Adam Neymana müsahibədə “Cəsədi necə gizlədərsiz?”, “Görmə məhdudiyyətli bir insan üçün ədviyyat rəfini necə hazırlayardınız?” “South Park” serialının ən sevdiyiniz bölümü hansıdır?” kimi suallar verilib. Bunların hamısı eyni müsahibədə soruşulub.

Hansı tərəvəz?

Kompüter oyunları seqmentində idarəçi olan Kiz Bosky yayda işləmək üçün vəkillik şirkətinə müraciət edir. Müsahibədə ona verilən suallar arasında “Dünyaya tərəvəz olaraq gəlsəydiniz hansı tərəvəz olmağı seçərdiniz?” sualı olur.

Dəb problemi

musahibe-2

Somya Tivari isə “Dəb haqqında nə düşünürsüz?” sualı ilə qarşılaşıb. Tivari təəccübünü belə ifadə edib: “Tekstil sahəsində çalışmaq üçün bu çox yerində verilən sualdır, amma mənim peşəm kompüter proqramçılığıdır və bu sahədə işləmək üçün müraciət etmişəm”.

Gözləmə otağı

musahibe_3
Bəziləri üçün isə müsahibə gözləmə otağında başlayır. Müəssisə sahibi Fernando Guiterrez, müraciət etdiyi iş müraciətinin müsahibəsi üçün bir saat gözlədildikdən sonra katibə ona yaxınlaşıb “15 dəqiqə də gözləyə bilərsinizmi?” soruşur. O isə təyyarəyə gecikdiyini söyləyərək otaqdan çıxır. Müdir isə ondan qorxmayan birini işə götürmək fikrinə düşür. Beləliklə, onu geri çağırıb işə götürdüyünü bildirir.

Hitlerin portreti

musahibe-4
Bir vaxtlar reklam mətni yazan vəkil Filip Rozmarin işə yeni başlayan reklam yazarları ilə müsahibə apararkən masasısının arxasına Adolf Hitlerin portretini asır. Rozmarin bildirir ki, “O şəklin orada nə işi olduğunu bir qadın cəsarət edib soruşdu, təkcə onu işə götürdük”.

mənbə: bbc.com