Paylaş

“İşsizliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara görə, insanlar məşğulluq idarəsinə müraciət etməlidir. İşsizliklə bağlı qeydiyyatdan keçməlidirlər.”

Bu sözləri işsiz vətəndaşların qanunla nəzərdə tutulmuş bəzi hüquqları və müavinatları haqqında  danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.:

“İşsiz vətəndaşların minimum 6 ay müavinətlə təmin olunması həyata keçirilməlidir. Bu 6 ay ərzində məşğulluq idarəsi onlara yeni iş yerləri təklif etməli və yaxud da, ixtisaslarını dəyişmək üçün pulsuz kurslara yönləndirməlidirlər. Verilən 6 ay ərzində yeni iş yerləri və ixtisas tapa bilməyən Azərbaycan vətəndaşları vaxtı növbəti 6 aya qədər də uzada bilərlər. Amma maksimal olaraq, bu bir il ərzində qeydiyyata düşmüş vətəndaş təklif olunan işlərin heç birini qəbul etmədikdə vətəndaşa verilən müavinətin verilməsi dayandırılır. Yəni, qanuni yolla pilləli olaraq belə nəzərdə tutulub”.

Natiq Cəfərli əmək müqaviləsi olmayan vətəndaşların işdən azad olunduqda hüquqlarını necə müdafiə etmələri haqqında da danışıb:

“Əslində yaxşı olardı ki, hər bir Azərbaycan vətəndaşı işə qəbul olarkən əmək müqaviləsini tələb etsin və imzalasın. Əgər əmək müqaviləsi bağlanmazsa, yeganə yol məhkəmə yolu qalır. Belə olduqda vətəndaş məhkəməyə müraciət etməklə hüquqlarının bərpa olunmasına çalışmalıdır”.

GSR.fm