Paylaş

“Avro-2016″nın 1/8 finalında İngiltərəni məğlub edən İslandiya millisi 1/4 finala yüksələrək tarixi uğura imza atıb.

Bu barədə müsahibə verən idman şərhçisi Şəmsəddin Abbasov bildirib ki, İslandlar çox sərbəst şəkildə öz oyunlarını aparırlar:

“İngiltərə milli komandası məni təəccübləndirmədi. Komanda təsnifat mərhələsində yüksək nəticə göstərdi, amma təsnifat mərhələsindəki oyun və rəqibləri komandanın gücündən xəbər vermirdi. Avropa çempionatında hər şey üzə çıxdı. İslandiya kimi rəqibi keçə bilmədilər. İslandları zəif sayırdılar. Amma unutmayaq ki, İslandiya bir qrupda Bovariya milli komandası ilə yarışırdı və Hollandları geridə qoyaraq Avropa Çempionatına vəsiqə qazandılar. Bu komandanın gücündən xəbər verən bir amildir. Qrup mərhələsini də çox gözəl keçdilər. Mən hətta deyərdim ki, İslandların növbəti turda rəqibi olan Fransaya yarımfinala çıxmaq uğrunda son sözünü deməyib. Çünki bu komandaya hər hansı təzyiq yoxdur. Getdikcə onlar çox sərbəst şəkildə öz oyunlarını aparırlar. Əksinə indi İngilərə, Fransa kimi millilərin üzərinə böyük təzyiq düşür. İngilislər bu təzyiqin altından çıxa bilmədilər. Fransızlar necə çıxacaq bunu zaman göstərəcək”.

 Şərhçi həmçinin İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verməsindən də danışıb. O deyib ki, indiki dövr gənc, aqressiv məşqçilərin zamanıdır:

“İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verməsi təmamilə doğru addım idi. Roy Hocsonun komandanın baş məşqçisi qismində olması səhv addımı idi. Mütəxəssis köhnə məktəbin nümayəndəsidir. İndiki dövrdə aparıcı  futbol klublarına nəzər salsaq görərik ki, gənc, aqressiv məşqçilərin zamanıdır. Yaşlı məşqçilər köhnə sistemlə yeni uğurlar əldə etməkdə çox böyük çətinlik çəkirlər. İspaniya baş məşqçisi də gənc və aqressivdir. Yəqin ki ingilislər baş məşqçi axtarışına çıxacaqlar”.

GSR.fm