Paylaş

İyun ayının 17-si “Avro-2016”-nin D qrupundan Türkiyə və İspaniya komandaları görüşüb. Görüş 3:0 hesabıyla İspaniyanın xeyirinə başa çatıb.

İdman şərhçisi Rövşən Binnətli  İspaniya milli yığmasının çıxışı haqqında müsahibə verib. O bildirib ki, ispanlar  Avropa çempionatı olsalar burada da təəccüblü heç nə olmayacaq:

“2014-cu il Avropa çempionatını istisna etsək, son böyük turnirlərdə ispanlar hər zaman yaxşı nəticə əldə ediblər. Ardıcıl olaraq 2008, 2012-ci il Avropa çempionatlarını qazandı, arada 2010-cu il Dünya çempionatı oldu. Ardıcıl olaraq 3 turniri qələbə ilə başa çatdırdı. İlk dəfə İspaniya komandası Avropa çempionatı titulunu qoruyan komanda kimi tarixə düşdü. Komanda indiki halda da çox güclüdür. Yadınızdadırsa, Çexiya ilə görüşdə komanda minimal hesabla qələbə qazandı, amma böyük üstünlüyə sahib oldu. Sadəcə çox saylı əlverişli vəziyyətlərdən istifadə edə bilmədilər. Dünənki oyun zamanı “Avro-2016”da ilk dəfə bir komanda 3 qol vurmaq şansına nail oldu. Bu da İspaniya komandasının real gücündən xəbər verir. İspaniya Fransa turnirində çempion olmağa əsas favoritlərdən biridir”.

Rövşən Binnətli həmçinin Kasillasın qapıçı mövqeyində çıxış etməməsinə də öz münasibətini bildirib:

“Bu gün artıq nəsil dəyişmə prosesi ilə bunu əlaqələndirmək olar ki, artıq Kasillas milli komandada da, klubda da öz töhfəsini vermiş futbolçudur. Təbii ki, o istəyirdi ki, kariyerasını “Real-Madrid”də yekunlaşdırsın, ancaq bu alınmadı. O futbolçunun İspaniya futbolunda böyük rolu olub. Lakin komanda yaxşı nəticəyə sahib olmaq istəyirsə, bu gün ən güclü kimdirsə, startda da o yer almalıdır. Deheya hazırda İspan qapıçıları arasında ən güclüsüdür. Kasillasın çıxış etməməsinin səbəbi yalnız bununla bağlıdır. Deheya güclüdür, cavandır və komandanın gələcək fəaliyyəti onunla bağlıdır.