Paylaş

İnsanın başına gələ biləcək ən pis vəziyyətlər arasında yer alan işsizliyin, insanın ruh sağlamlığına da mənfi təsirləri var. İşsizlik psixologiyasına tutulan şəxslər, bu vəziyyətdən yaxa qurtara və əhvallarını düzəldə bilərlər.

Bu vəziyyətdən xilas olmaq üçün edəcəkləriniz çox da çətin deyil.

İşsiz qalan və yeni işə girməyə hazırlaşan şəxslərin üzərinə düşən məsuliyyət onları stresə dəvət edir. İşsizlik səbəbindən insanlar stress, əsəb, qərarsızlıq və yuxusuzluq kimi problemlər yaşayırlar. İşsizlik psixalogiyasından xilas olmağın yolları mütəxəssislər tərəfindən bu cür açıqlanıb:

İnsan özünü davamlı olaraq bacarıqsız və lazımsız düşünür. Əvvəlcə, bu düşüncədən qurtulmalı, iş tapa bilmədiyi üçün özünü günahlandırmamalıdır. Səbr etməli və iş axtarmağa davam etməlidir. Eyni zamanda, işsiz olduğu üçün ətrafında tənqidlərə məruz qalırsa, bir müddət qulaqlarını bağlı tutmalıdır. Ailələrin də belə vəziyyətlərdə şəxsə dəstək olması və ümidsizliyə qapılmaması üçün onu rahatlaşdırması vacibdir. Enerji itkisi, asosiallaşma, iş axtarmağa qarşı istəksizlik meydana gələrsə, mütəxəssis köməyi alınmalıdır.