Paylaş

“West Ham United”in hücumçusu 2011-ci ildə İstanbul həbsxanasında keçirdiyi günləri xatırlayıb. Həmin ilin mayında “Karabükspor”un şərəfini qoruyan nigeriyalı hücumçu “Fenerbahçe” ilə oyunu buraxmaq üçün zədə simulyasiyasında ittiham olunmuşdu. Tərəflər danışıqlar apardığından Emenikenin bu yola əl atdığı deyilirdi.

Kishi.az-ın goal.aza istinadən xəbərinə görə, futbolçu həbsxanada qaldığı 4 gün ərzində ciddi şok yaşadığını bildirib.

“Mənimlə əsl cinayətkar kimi rəftar edirdilər. Bu rəftar vəhşilik idi, uşaq kimi ağlayırdım. Həmin təcrübə mənə ağır şok gətirdi. Sonradan buna görə mütəxəsisə də müraciət etməli oldum. Azadlığa buraxılanda geridə qalan dəhşətdən sonra özümü toplamaq çətin oldu. Aydındı ki, “Fenerbahçe”də özümə gələ bilmyəcəkdim. Həmin vaxt söhbət puldan yox, şəxsi maraqlardan, həyatımdan gedirdi. Bu səbəbdən “Spartak”ın təklifinə dərhal cavab verdim. Azarkeşlər Moskva klubuna getməyimi istəmirdi. Lakin həbsxanada qalmaq mənə mənəvi zərər vurduğundan başqa seçimim yox idi. Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan “Fenerbahçe”yə geri dönəndə emossiyalarla dolub daşırdım. Türk azarkeşlər İstanbul hava limanında məni qarşılayıb arzuolunan fiqur olduğumu mənə xatırlatdı. Artıq karyeramda yeni səhifə açılıb. Keçmişdə baş verənlər geridə qaldı”.