Kafel və metlax yapışdıran zaman bunlara diqqət edin!

Paylaş

Müasir dövrdə gözəl dizaynlı evə sahib olmaq bir çoxlarının arzusudur. Bunun üçün uzun zaman araşdırma aparıb, keyfiyyətli məhsullar alır və təmir işlərinə başlayırıq. Lakin təmir bitdikdən qısa müddət sonra bəzi problemlər ortaya çıxır. metlaxBelə problemlər təkrar təmirə və ya estetik gözəlliyin itməsinə səbəb olur. Bu həm də əlavə xərc deməkdir. Təmir işləri başlayan zaman mətbəx, hamam və tualetin də kafellərini təzələyir, gözəl görünüşlü seramik plitələr seçirik. Lakin iş əsnasında və ya təmir bitdikdən sonra xoşagəlməz hallar ortaya çıxır. Məsələn: kafellərin rənglərində və ya kafellərin arasındakı aralıqdoldurmada cüzi də  olsa rəng fərqləri ortaya çıxır; yapışdırılan plitələr bir müddət sonra qopur və ya çatlayır. Bu cür problemlərlə qarşılaşmamaq üçün aşağıdakılara diqqət etmək lazımdır:

  • Kafel və metlax alarkən keramikanın ölçü və rəng kodları qablaşdırma üzərində yazı olmalıdır. Eyni tarixdə çıxarılmış, eyni ölçülü və rənglərdə keramika qutularını almağınız vacibdir.
  • İstifadə olunan səthə uyğun olaraq məhsul seçməlisiniz. Çünki istifadə yerlərinə görə fərqli qalınlıqda, tərkibdə və quruluşda keramik plitələr vardır. Məsələn, sıx istifadə olunan sahələrdə daha davamlı keramika plitələri seçilməlidir.
  • Keramika döşənən zaman kafellər arasındakı məsafəyə diqqət etmək və düzgün aralıqdoldurma qarışığından istifadə etmək lazımdır. Kafel və metlax arasındakı boşluqlar 3 mm-dən az olmamaq şərti ilə, plitənin böyüklüyünə görə 8 mm-ə qədər olmalıdır.
  • Kafel və metlax yapışdırıldıqdan sonra səthdən, mühit şərtlərindən və yapışdırıcının növündən aslı olaraq müəyyən bir müddət keçdikdən sonra (təxminən 1 gün) aralıqdoldurma işləri həyata keçirilməlidir.
  • Kafel və metlax yapışdırılmazdan əvvəl səth hidroizoliyasiya məhsulları ilə  izolyasiya olunmalıdır. Bu nəmin qonşu otaqlara keçməsinin qarşısını alar və təmirin ömrünü uzadar.

Usta.az