Paylaş

Karavan (qoşqu ev) azadlığın ikinci adıdır. Karavanla tətil etməyi planlanlayanlar bir yol müəyyən etmələrinə baxmayaraq hər zaman o istiqamətdən kənara çıxırlar.

Adətən karavan düşərgələri gözəl təbiəti və yaşıllığı bol olan ərazilərdə yerləşir.

Karavan düşərgələrinin ortaq tualet və hamam xaricində ən böyük üstünlüyü minik vasitənizi işiq və su ehtiyyatı ilə təmin etməsidir.

Düşərgə üçün lazım olan çadır, yataq və digər avadanlıqları yanınızda götürməyi yaddan çıxarmayın.

Karavanın ölçüsü böyük olduğundan bəzən kələ-kötür və ya gedilməsi çətin olan ərazilərdə onu arxada qoyub getmək məcburiyyətində qalırsınız. Belə vəziyyətlərdə ehtiyacınız olan səyahət yatağınızı, çadır, fənər, elektrik və ya qaz qaynağı olan düşərgə avadanlığınız karavandan uzaqda həmin ərazilərdə köməyinizə gələcək.

Təhlükəsizlik
Karavanla səfərə çıxmaq düşündüyünüzdən də artıq təhlükəsizdir. Amma yenə də tədbiri əldən vermək olmaz.

Xüsusilə yollarda

– Ən vacib qaydalardan biri boş, heç kimin olmadığı yerlərdə gecələməməkdir.
– Maşınınız aşmaması üçün 80 km/saat sürətlə sürməyiniz daha məqsədəuyğundur.
– Karavanda uzun səfəri planlayırsınızsa, ən azı iki sürücünün olması mütləqdir. Bu yol yorğunluğunu və riski azaldacaq.
– Təkər yoxlaması və təkər partlamasına qarşı ehtiyat təkərin yerini əvvəlcədən bilməyiniz sizin üçün yararlı olacaq.
– Maşın işlək vəziyyətdə deyilsə və ya hər hansı elektrik qaynağına bağlanmayıbsa, akkulmulyatoru bitirməmək üçün fen, elektrik soba və çaydan kimi alətləri lazım olmadıqca işlətməmək məsləhətdir.
– Yollarda təhlükəsizliyiniz üçün bibər qazı spreyi köməyinizə çata bilər.
– GPS-lə özünüzü bir dostunuza izlətdirin.
– Yanınızda mütləq fənər götürün.
– Gedəcəyiniz istiqamətlərdəki xəstəxanaların siyahısını çıxarın.
– Maşınınızdakı yemək anbarını doldurun.
– Minik vasitəniz daim hərəkətdə olduğu üçün qırılan əşyalarınızı yaxşıca yerləşdirin.
– Ehtiyat üçün ilkin tibbi yardım çantası hazırlayın.

karavan

Ən azı bir təmirçi tanışınız olsun

Əgər motor və ya minik vasitələrindən başı çıxan yol yoldaşınız varsa, bu maddənin üstündən keçə bilərsiniz. Lakin bu qəzalardan baş çıxara bilmirsinizsə, ən yaxın təmirçiyə gedənə qədər telefonda maşınızın probemini izah edəcəyiniz bir təmirçi yoldaşınızın olması işinizi asanlaşdıracaq.

Həşəratlara qarşı qorunun

Adətən karavanlarda ağcaqanadlardan qorunmaq üçün pəncərə olmur və isti havalarda maşının pəncərələri açıq qoyulur. Karavanın içinə həşəratlar doluşmaması üçün pəncərə və qapıları dərmanlayın.

Təmizlik və hərbi intizam şərtdir

Karavan rahat tətil növü olsa da, dörd nəfərlik 15 kvadrat metrlik ərazidə qaldığınız zaman şərtlər bir az dəyişə bilər. Ona görə də bəzi qaydalar qoymağınız şərtdir. Məsələn, yatdığınız yerlərin yığışdırılması, mətbəxin düzəni və xüsusilə, karavanın içərisində ayaqqabı ilə gəzməmək kimi şərtlər bura daxildir.

showpic

Ən çox soruşulan suallar

Maşını vurdum, neyləyim?

Əgər karavanı kirayələmisinizsə, onun sığortasının olması mütləqdir ki, var.  Lakin adətən, imzaladığınız sənədlərə əsasən vurduğunuz ziyanı qarşılamaq məcburiyyətindəsiniz.

Karavanı kirayələmək üçün sürücülük vəsiqəsinin hansı kateqoriyasına ehtiyac var?

B kateqoriyasından olan sürücülük vəsiqəsi ilə siz karavanı kirayələyə bilərsiniz. Bəzi karavanların ön hissəsi tır olduğundan onlar üçün B kateqoriyası kifayət etməyəcək.

İlk 2 gün niyə ürəyimiz bulanır?

Dəniz və karavan səyahətinin ilk günlərində ürək bulantısı normaldır. Xüsusilə də həmişə yoldasınızsa, bundan qaça bilməyəcəksiniz. Səyahət müddətində karavan yelləndiyi üçün yerə ayaq basdığınızda yer silkələnir hissinə qapılacaqsınız. Qorxmayın, hər kəsin başına gəlir və ilk günlərdən sonra keçir.

Mənbə: seyahat.mynet.com