Paylaş

Məşhur Türkiyə sənətçisi Kayahanın ölümündən sonra ailəsi arasında miras davası böyüyür. Kayahanın ilk evliliyindən olan qızı Beste Haravon vəsadət qaldırıb.  Beste Haravon  məhkəmə ərizəsində atası ölməmişdən öncə İpek Açarın atasının hesabından külli miqdarda pul çəkildiyini bildirib. Açarın vəkili açıqlamasında həmin iddianınhəqiqəti əks etdirmədiyini bildirib.

Kayahanın mirası nə qədərdir?

Kayahanın  iki  tərəfi qarşı-qarşıya gətirən mirası Gömeçdəki məşhur  Gönül villa, yenə Gömeçdə  bir mənzil, bankda külli miqdarda pul, gəmi və iki avtomobildən ibarətdir.

Kim nə qədər alacaq?

Kayahan, irsinin  8/3 hissəsini böyük qızı Besteye, 8/3 hissəsini  kiçik qızı Aslı Gönülə və 8/2 hissəsini  həyat yoldaşı İpək Acara  vəsiyyət edib. (Atv.az)