Paylaş

Evlər insanların güzgüsüdür. Hər kəs zövqünü oxşayacaq tərzdə evini dizayn etməyə çalışır.  Lakin hər sahədə olduğu kimi, bu sahənin də öz peşəkarları var. Evin interyer (daxili) dizaynı barədə bizə Şəbnəm Əhmədova məlumat verir. Dörd ildən çoxdur peşəkar dizayner kimi fəaliyyət göstərən Şəbnəm xanım  bildirir ki, bəyənilən dizayn əldə etmək üçün müştərinin zövqünü öyrənmək mütləqdir:

“Müştərilərimiz ailəvi formada gəlir, həm kişidən, həm qadından fikirlərini alırıq, çünki bəzən müxtəlif fikirlər də ola bilir. Əsasən evdə bilirik ki, ən çox qadınların sözü keçir, çünki onlar evdə daha çox vaxt keçirirlər və onların rahatlığı daha önəmlidir. Dizaynlar var ki, çox gözəl, lüks edirik amma orda rahatlıq tapa bilmirik. Yəni çox soyuq gəlir. Ona görə də biraz isti ortam (mühit m.) olmalıdır, müştərinin əsas rahatlığı düşünülməlidir. Necə rəngləri sevir, o rənglərdə dizaynlardan istifadə olunmalıdır”.

Dizayner rənglərin interyerdə vacibliyini, otaqların istifadəsinə görə rənglərin seçilməli olduğunu qeyd edir. O bildirir ki, tünd rənglər yataq otağında daha çox istifadə olunur, çünki insan otağa girəndə yatmaq üçün girir və burada yuxu verən rənglər olmalıdır:

“Digər otaqlarda isə – qonaq otağı olsun, holl (zal m.) olsun nə açıq nə tünd, orta rənglərdən istifadə olunmalıdır, çünki siz ora gələndə istirahət üçün oturursunuz, gözünüzü yoracaq rənglər olmamalıdır. Uşaq otağında isə uşaqların cinsinə görə rəng təyin edirik, əgər oğlan-qız olduğu hələ də bəlli deyilsə və ya hər iki uşaq eyni otaqda olursa, artıq bu otaqda neytral rənglərdən-ağ rənglərdən, boz rənglərdən istifadə edirik”.

Dizaynda konkret bir qanun yoxdur. Fikirlər sərbəstdir və hər şey dizaynerin fantaziyasından asılıdır. Əlbəttə, burada sifarişçinin istəyi də nəzərə alınır.dekor2

Şəbnəm xanım hazırda ən çox art-dekor üslubunundan istifadə olunduğunu bildirir. Art-dekor müxtəlif üslubların qarışığından yaranır.

“Art-dekorda həm modern mebellərdən, bir az avanqard mebeldən istifadə edə bilərsiniz. Çünki bir üslub olmadığı üçün o adamı yormur. Modern olanda çox sadə qalır bəzən, çox lüks və soyuq görünür, istifadəsi rahat olmur, çox avanaqard olanda da klassiksayağı olur. Ona görə də biz bir az bunların ortasın təmin edirik”.

Bütün evlər yaşamaq üçün ideal ölçüdə olmur, lakin bu evləri daha əlverişli hala gətirmək mümkündür. Bunun üçün mütəxəsisin bir neçə qızıl qaydası var:

“Kiçik evlərdə ümumiyyətlə, əlverişli mebel olmalıdır. Son dövrlərdə açılıb-yığılan mebəllər, çox istifadə olunur  Divarda elə bir tv-stend yığılır, uşaq otağıdır və yaxud uşaq otağı olmayan evlərdə qonaq otağıdır, orda elə bir tv-stend yığılır ki, divarda quraşdırılır, onu açanda onun içindən uşaqlar üçün bir-iki çarpayı çıxır. Bunu tək uşaqlar deyil, bundan böyüklər də istifadə edər. Bir az yığcam mebellərdən, yığılma mebellərdən istifadə edin. Yəni, alınma mebeli gətirib kiçik evlərdə yerləşdirə bilməzsiniz.

Yeni binalarda otağın eni 3metrdir. Diıvanı qoyursansa televizor heç olmasa ondan 2m uzaqda olmalıdır. Çox yaxın olmamalı, göz yorulmamalıdır”.

Şəbnəm xanım əlavə edir ki, son vaxtlar dünyada trend olan təbii materiallardan interyerdə istifadə Azərbaycanda bir o qədər də yayılmayıb. Lakin az da olsa bu üslubu seçən insanlar var. Bir az müasirliyi sevən, fərqlilik axtaranlar  ev interyer dizaynda təbii materilara daha çox üstünlük verir.

Dizayner həyət və ya bina evinin hansının dizayn üçün daha əlverişli olduğundan danışarkən, bu mövzuda üstünlüyü həyət evlərinə  verdiyini vurğulayır:

“Bina evi ilə həyət evi əslində fərqlər çoxdur, çünki bina evində bildiyimiz kimi kv.m biraz kiçik oluğuna görə bəzən məcburi dizayn etmiş olursan. Amma həyət evlərində elədir ki, otaqların ölçüsü geniş olduğu üçün fantaziyalardan istifadə etmək daha rahat olur, böyük ölçülü mebellər qoymaq olur. Əlavə kənara bir komin qoymaq olur və yaxud da komin ətrafında iki kreslodan istifadə etmək olur. Dekorativ şkaflar yığmaq olur”.

Dizayner evlərinin dizaynı dəyişmək istəyənlərə məsləhət görür ki, mebel seçimində tələsməsinlər və aldılqları mebellər həm rəng, həm ölçü baxımından elə olsun ki, bu mebellər böyük və kiçik ölçülü evlərdə rahatlıqla istifadə olunsun.

GSR.fm