Paylaş

Bir il əvvəl gördük ki, Azərbaycan internet məkanında xanımlar üçün kifayət qədər çox saytlar olsa da, kişilər üçün bircə dənə də olsun xüsusi sayt yoxdur.Elə buna görə də keçən ilin məhz bu günündə yəni 15 yanvarda kishi.az saytını yaratdıq.

Bu müddət ərzində saytda kişiləri maraqlandıracağını düşündüyümüz müxtəlif mövzulara yer ayırmağa çalışdıq.
Kişi dəbi, özünəqulluq, sağlamlıq, texnologiya, qarşı tərəflə münasibət qurmağın yolları və.s kimi məqalələrlə yanaşı, səhhəttinizlə bağlı bizə ünvanladığınız sualları da mütxəssislərimizlə birlikdə cavablandırmağa çalışdıq.

Bundan əlavə şəhərin ən müxtəlif yerlərində maraqlı vido sorğularla qarşınıza çıxıdıq. İndi bu bir il ərzində video sorğu zamanı qarşılaşdığımız maraqlı məqamlara, cavablara birlikdə diqqət yetirək.

Unutmayaq ki, bunlar sorğu zamanı qarşılaşdıqlarımızın çox kiçik hissəsidir.

Ənənəyə sadiq qalaraq bu dəfə də sizə bir sualla müraciət etdik? Sayt haqqında nə düşünürsünüz? Kishi.az-da hansı yenilikləri görmək istəyərdiniz?