Kişi biləklərindən birini tutursa…

Paylaş

Kişiləri yaxşı müşahidə etməklə onların düşüncələrini oxumaq mümkündür. Bunun üçün bəzi məqamlara diqqət yetirmək lazımdır. Bu məqamlara aşağıdakıları aid etmək olar:

Kişilərin yalan söyləməsini bu əlamətlərə görə müəyyən etmək olar. Yalan söyləyərkən onların burun və ya qulaqları oynayar. Bir kişi yalan söyləyərkən ifşa olunmaqdan qorxduğu üçün ürək döyüntüsü artır və burun, qulaq, alnında qan sürətlə dövr etməyə başlayır. Bu isə titrəyişə səbəb olur. Bu zaman ona maraqlı görünürmüş kimi suallarınızı ünvanlaya bilərsiniz. Əgər onu kifayət qədər dinləyəcək qədər səbrli olsanız, fikirləri dolaşacaq və doğrunu sizə söyləyəcək.

Kişilər nəsə etiraf etmək istəyir, üstəlik, etiraf etmək istədiyi şey, yaxşı bir şey deyil. Bu zaman dodaqları gərginləşir. Bir kişi bir şey söyləməkdən çəkindikdə, pis xəbəri vermək mövzusunda qərarsız olduğu üçün dodaqlarını bir-birinə sürtür. Kişilərin çoxu qadınların anlamayacağından qorxduğu üçün hər zaman nəyisə gizlədir. Bir kişinin danışarkən sizin verəcəyiniz reaksiyaya görə söyləyəcəklərini dəyişdirməməsi üçün sakit, səmimi şəkildə “gərgin görünürsən, mənə söyləmək istədiyin bir şey var?- deyə soruşa bilərsiniz.

Özünə inamsız olduğu hallarda kişilər biləklərindən birini tutur. Saatını düzəldir kimi görünə bilər, amma bu, özünü etibarsız hiss etdiyinə bir işarədir. Bununla o, özünü qorumağa çalışır. Bu zaman nəzərə alın ki, kişilər özlərini qəhrəman kimi hiss etməyi sevirlər. Məsələn, müdiri tərəfindən danlandığında, pis bir davranış gördüyündə özünə inamı sarsılır. Duyğuları zədələndikdə, yaxud müəyyən bir problemi həll etməyə çalışarkən kişilər özlərini gücsüz hiss edir. Mövzu haqqında düşünməsi, özünəinamı geri qaytarması üçün ona bir az  zaman verin.

Əlaqəniz haqqında qərarsız olub, nə edəcəyini bilməyən kişilərin isə əlləri davamlı məşğul görünür. Yaxınlaşmaqdan çəkinir. Qərarını verənə qədər fiziki məsafə yaratmaq, ümumiyyətlə, kişilərin duyğularını götür-qoy etmələri üçün istifadə etdikləri davranış formasıdır. Bu zaman ona”Bir-birimizə qarşı açıq olmağı sevirəm, amma mənə söyləmədiyin bir şey olduğunu hiss edirəm”, – deyin. Əgər əvvəldən özünü müdafiəyə başlasa, “hər nədirsə mən öhdəsindən gələ bilərəm”, – söyləyin. Söylədiklərinin sizi əsəbiləşdirməyəcəyinə əmin olduqda, özünü ifadə etməkdən çəkinməyəcək və doğrunu danışmağa başlayacaq.