Kişi mətbəxdə: Toyuq ruleti

Paylaş

Yeyib-içmək varsa, deməli kişi məclisi hazırdır. Təbii ki, bişirdiyimiz kabab, bozartma, buğlama, xaşın dadına çatan dad olmaz. Di gəl ki, bəzən adamın könlündən başqa yeməklər də keçir. Amma çox saylı ərzaq və təyinatı “bəlli” olmayan mətbəx alətlərləri adamda çaşqınlıq yaradır. Ona görə də fikirləşirik ki, digər yeməkləri ideal hazırlaya bilmərik. Əslində isə elə deyil. Bu işdə isə “Kişi mətbəxdə” köməyimizə çatacaq. Bu dəfə təqdim edəcəyimiz yemək ilk baxışdan hazırlanması çətin görsənsə də, əslində çox sadə hazırlanma qaydası olan toyuq ruletidir. Buyurun, izləyin. Hazırladığınız yeməklərin fotolarını da bizə göndərin, yayımlayaq.