Paylaş

Hər bir kişinin birlikdə olmaq istədiyi, xəyalında canlandırdığı bir qadın var. Lakin, elə qadın tipləri də var ki, onlar davranışları, hərəkətləri ilə kişiləri özlərindən yalnız uzaqlaşdıra bilərlər. Əziz xanımlar, bu dəfə sizə kişilərin bəyənmədiyi qadınlar haqqında məlumat vermək istəyirik. Oxuyun və sevgilinizin diqqətinin başqa qadınlara yönəlməsini istəmirsinizsə, aşağıdakılardan birinə çevrilməyin.

Çox danışan qadınlar
Kişilərin sevmədiyi qadınlar siyahısında birinci yerdə çox danışan qadınlar dayanır. Eyni səs tonu ilə gün ərzində başına gələn, ya da bir tanışının yaşadıqlarını bütün detalları ilə danışan qadın kişilər üçün əsil kabusdur. Bu cür qadınları nəinki kişilər heç rəfiqələri belə dinləmək istəmirlər. Buna görə də, əziz xanımlar, siz başa düşməlisiniz ki, sizin həyatınız, xalanız qızının nişanlısı ilə problemləri hamı üçün eyni dərəcədə maraqlı deyil.

Uşaq xasiyyətli qadınlar
Bəzən sevgilinizlə çox ciddi mübahisəniz yarandığı zaman uşaq səsi ilə danışaraq situasiyanı yumuşalda bilərsiniz, amma bu o demək deyil ki, hər zaman bu səs tonu ilə danışaraq, uşaq kimi davranaraq qarşı tərəfin gözündə şirin görünəcəksiniz. Bunun kişilərin ən zəif nöqtəsi olduğunu düşünürsünüzsə, yanılırsınız. Kişilər heç də həmişə yanlarında kaprizli uşaq görmək istəmirlər.

Hər şeyi bilən qadınlar
Hər sözə qarışan, özünü savadlı göstərməyə çalışan qadınlar da kişilərin sevmədiyi əsas qadın tiplərindəndir. Çünki bu xasiyyətli qadınlar kişilərin həyatını idarə etməyə çalışarlar. Əlbəttə ki, heç bir kişi yanında hakimiyyəti ələ almağa çalışan, öz fikirlərini yeritməyə çalışan qadın görmək istəməz. Bununla yanınızdakı kişi sizdən uzaqlaşacaq və daha itaətkar tərəf müqabili axtarışına çıxacaq.

Ancaq pul barəsində fikirləşən qadınlar
Bəzi hallarda qadınlar düşünürlər ki, onlar bir münasibətə başladıqdan sonra bütün maddi ehtiyyacları kişi tərəfindən qarşılanmalıdır.Hətta qadınlar bunu müxtəlif davranışları, sözləri ilə hiss etdirməkdən də çəkinmirlər. Kişilərin qadınlarda sevmədiyi əsas özəlliklərdən biri də onlar münasibətin maddi qarşılığını gözləmələridir. Unutmayın ki, sevgiliniz sizin “sponsuzunuz” deyil, onun da maddi qayğıları, problemləri ola bilər. Kişilər maddi cəhətdən onlara yüklənən qadınları, deyil, öz ayaqları üzərində dayanmağı bacaran, pul çox bəyənirlər.

İnadkar qadınlar
Kişilər hər məsələdə öz bildiklərini yeritməyə çalışan inadkar qadınlardan qaçırlar. Çünki onlar bilirlər ki, hansısa bir problemləri yarandığı zaman bu qadınlar heç vaxt güzəştə gedən tərəf olmaq istəməyəcəklər.

Depresiyaya meyilli qadınlar
Kişilərin başa düşmədiyi, birlikdə olduqları zaman darıxdıqları qadın tipidir. Onların hər zaman bir problemləri olur. Bu xarakter kişiləri sıxır və onlardan uzaqlaşmağa səbəb olur. Kişilər düşünürlər ki, qadınlar diqqəti üzərlərinə çəkmək üçün belə davranırlar.

Xarici görünüşünüə fikir verməyən qadınlar
Tər qoxusu verən, çirkli paltarlarla gəzən, özünə diqqət yetirməyən xanımlar heç zaman kişilər tərəfindən sevilməzlər. Kişilər üçün daxili gözəllik necə önəmlidirsə, təmizlik bir o qədər önəmlidir. Əgər siz bu cür səliqəsiz görünüşünüzlə kişilərdə əsil evləniləcək qadın təsəvvürü yaradacağınızı düşünürsünüzsə, yanılırsınız.