Paylaş

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə depressiyaya düşmə halları kişilərə nisbətən qadınlarda 2 dəfə çoxdur. Bu məsələ ilə bağlı psixoloq Murad İsayev KİŞİ.az-a müsahibəsində bildirib ki, statistikada kişilərin depressiya vəziyyətinin qadınlara nisbətən az olmasının səbəbi onların  depressiv vəziyyətlə əlaqədər psixoloqa müraciət etməməsidir:

“ Çox nadir hallarda kişilər depressiya üçün psixoloqa, psixoterapevtə  müraciət edirlər.  Çünki kişilər depressiv vəziyyətlərini bölüşməyi sevmirlər. Onlar bu vəziyyətə dözür, əhəmiyyət vermir, sonra ürək, beyin  infarkt, insult  kimi problemlərlə  müraciət edirlər. Mən  kişilərin psixoloqa müraciət etməmələrinin səbəbini Azərbaycan mental kişi qürurunda görürəm. Əslində onların sayı  da qadınların sayından çox da fərqlənmir. Qadınlarda sağyarımkürə aktivliyi olduğuna görə məsələni daha çox şişirtmə, obrazlaşdırma, fantaziyadan istifadə etmə   halları bu məsələlərdə  onları  kişilərdən çox cüzi fərqləndirə bilər. Çıxış yolu kimi bir mənalı olaraq məsləhət görürəm ki, passiv və oturaq həyat tərzindən əl çəksinlər. Bir insan gün ərzində piyada ən az 1 neçə km yol getmirlərsə, fiziki aktivliyi yoxdursa, bir nöqtədən sonra onlarda depressiv vəziyyət yaranacaq. Ona görə də  psixoloji, sosial problemləri olan zaman dözümsüzlük göstərəcək. Hər zaman sosial, ictimai problemlər olacaq, sadəcə olaraq dözümlülük göstərib təmkinli olmaq lazımdır”.