Paylaş

Qadınlara həmişə obyektivdən fərqli baxmağa öyrəşən fotoqraf Orxan Aslanovla bu dəfə “Kişi gözü”ndə qadınlara daha da fərqli rakursdan baxdıq. “Fashion” və “Nude” fotoları ilə məşhur olan Orxanın qadınlar haqqında maraqlı fikirləri oldu. Əgər siz də, illərlə qadınlarla işləyən fotoqrafın qadınlar haqqında nə düşündüyünü bilmək istəyirsinizsə ekranlarınıza yaxın əyləşin. Maraqlı və bir o qədər də, fərqli fikirlərlə dolu olan müsahibəmizi sizə təqdim edirik.

– Orxanın qadınlarla arası necədir?

Nəzərə alsaq ki, son vaxtlara kimi mən kommersiya, dəb və “nude” çəkilişləri ilə məşğul olmuşam, ona görə də, qadınlara həmişə xüsusi münasibətim olub. Evləndikdən sonra isə qadınlara münasibətim daha da, müsbətə dəyişdi. Artıq iki ildir ki, evliyəm və həyat yoldaşımdan çox razıyam, çox yaxşı insandır… və həmçinin qızım…  Həmişə qızım olmasını arzulamışam. Bunlardan sonra isə qadınlara münasibətim daha çox dəyişib. Məncə kişilərin qadınlara qarşı münasibəti uşaqlıqdan formalaşır, əvvəlcə ana, sonra həyat yoldaşı, daha sonra qız övladı və ətrafdakı xanımlar. Mən hesab edirəm ki, qadınlar kişilərdən qat – qat güclüdürlər, həm mənəvi, həm də, fiziki cəhətdən qadınları kişilərdən daha üstün sayıram. Qadın başlanğıcdır. Qadınlarsız, ümumiyyətlə, heçnə olmazdı, həyat olmazdı.

– Orxana görə mükəmməl qadın kimdir?

Mükəmməl qadın… Hamı deyərdi ki, “mükəmməl qadını anamdır, yoldaşımdır, qızımdır.” Amma nəinki mükəmməl qadın, hətta mükəmməl insan yoxdur… Çünki zaman dəyişir, tələblər dəyişir, insanların ideologiyası, dünyaya baxışı, hətta özləri belə dəyişir. Buna görə də, “ideallıq” anlayışı da dəyişir. İndi sənin üçün mükəmməl olanını da seçmək çətindir.

– Qadınlarda Orxanı həyəcanlandıran nədir?

Qadınlar adətən hər şeyi planlaşdırırlar, amma məni her şeyi kortəbii-spontan şəkildə etmək həyəcanlandıra bilər. Qadınların “crazy”, plansız hərəkətləri məni həyəcanlandırır.

– Qadınlarda Orxanı qəzəbləndirən bəs nədir?

Məni qadınlarda qəzəbləndirən cəhət qadınların ağlayıb-sızlaması, daima deyinməkləri, qeybət, bir-birinin arxasınca danışmasıdır…

– Gözəl yoxsa ağıllı qadın?

Ağıllı qadın…

– Ukraynalı sarışn yoxsa azərbaycanlı əsmər xanım?

Baxır nə üçün…(gülür)

– Qadınlarla işləmək çətindir?

Mənim üçün yox…Əksinə mən qadınlarla işləməyə üstünlük verirəm. Fotoqraf kimi mən kişilərlə işləməyi sevmirəm, qadınlar daha çox bacarıqlıdırlar, rahatdırlar, qeyd etdiyim kimi, güclüdürlər. Mən Kiyevdə olarkən “nude” fotosessiyaları zamanı modelləri yox , kafedə tanımadığım qızlara fotolarını çəkmək istədiyimi, pis niyyətim olmadığını deyirdim, onlar problemsiz razılaşırdılar və nəticədə iki gün sonra çox maraqlı, “cool”  fotosessiyalar alınırdı.

– Onu bağışlamaq olarmı? 

Baxır nə edib. Baxır hərəkətinə… Məncə hərəkətdən aslıdır.

– Bir qadına aldığınız ən bahalı hədiyyə?

Bir az çətindir onu demək. Bir az həssas mövzudur. Bilmirəm  nə deyim.

– Orxanın gizli məkanları?

Düzünü desəm, hal-hazırda mənim üçün ən sakit, hardakı mən rahat yata və fikirlərimi cəmləşdirə biləcəyim yer- Xınalıq kəndidir. Orda Zaur adında bir kişi var. Gedirəm Zaurun evinə. Bir az özümə gəlirəm , yuxumu alıram, gəzirəm. Adam dincələndə ağlına yeni ideyalar, yeni layihələr gəlir.

orxan1

– Kişilər münasibətdən ümumiyyətlə nə gözləyir?

İlk növbədə seks…(gülür) 95%…

– Münasibətdə seks Orxana görə neçənci yerdədir?

Burada iki məsələ var: yemək yoxsa seks fikirləşirsən. Yeməksiz alınmır, sekssiz qalmaq olar. (gülür)

– Qadımları kəşf etmək üçün neçə qadın kifayətdir?

Qadınları kəşf etməyə bir ömür yetməz…

– Zərif yoxsa güclü qadın?

Məncə, hər bir qadında güclülük də, zəriflik də lazımdır. Məncə, kişilər həmişə yanlarında zərif qadın olmasını istəməzlər, eləcə də güclü…

– Qırmızı dodaq boyası, mini ətək və eynək: Orxanda nə assosiyasiya edir?

İtaliya.

– Qadınların kişilər barədə mütləq bilməli olduqları nələrdir?

Hərdən – birdən “hə” demək lazımdır. Hər zaman qarşılıqlı olmaq lazımdır. Münasibətlərlə evlilik həyatı tamamilə fərqlənir məsələn. Ağsaqqalların bir sözü var: “Öldü var, döndü yoxdur”. Evlilik zamanı bu məsələ uyğun davranmaq lazım gəlir. Evlilikdə daha çox qarşılıqlı anlaşma lazımdır. Çünki münasibətlər zamanı “mən”lər toqquşa bilir və xarakterlərin müharibəsi başlayır. Ailə həyatında isə “mən”i unutmaq lazımdır. Bəzən mənim üçün bunu etmək çətindir…

Foxy.az