Paylaş

İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, sevgililər ayrılsa da, şəkillərini saxlayırlar.

Kishi.az-ın Aile.lent.az-a istinadən məlumatına görə, araşdırma zamanı 21 milyon 600 min insanın keçmiş sevgilisinin fotosunu hələ də saxladığı ortaya çıxıb. Kişilərin yüzdə 56-sı, qadınların isə yüzdə 61-i keçmiş sevgilisinin fotolarını saxlayır. Ancaq kişilər keçmiş sevgisinə daha bağlı olurlar.

Kişilərin yüzdə 12-si keçmiş sevgililəri üçün hələ də qəlblərində bir şeylər hiss etsə də, qadınların yüzdə 5-i bu duyğulara sahibdir. Hər 5 kişidən biri yeni sevgilisindən çəkindiyi üçün bu fotoları gizli saxlayır.

Psixoloq Corinne Suetinin açıqlamasına görə, keçmişi əks etdirən və xatirələri canlandıran bu fotolar çox güclü duyğulara işarə edir.