Paylaş

Yay gəldisə deməli bağ mövsümü açıq elan olunur. Dost tanışla yığışıb bağda açdığımız süfrədə kabab və ya sobada bişirilmiş toyuq, balıq, kartof və s. mütləq olur. İşin yemək hissəsi əla olsa da sonradan sobanı, manqalı təmizləmək çox əziyyət tələb edən işdir.

Soba təmizləmək nə qədər yorucu iş olsa da Kishi Magazine məhz siz kişilər üçün sizi ən az yoracaq soba təmizləmə üsulunu təqdim edir:

Vəsaitlər:
1  ədəd  ləyən
4-5 xörək qaşığı maye sabun
5 su stəkanı çay sodası
su
Sirkə (mümkünsə ağ sirkə)
Bez və ya qab süngəri
Sprey şüşə

Soba təmizləyici necə hazırlanır?
Ləyənin içərisinə sabunu, çay sodasını və sirkəni əlavə edin. Orta miqdarda suyu töküb məcun olana  qədər qarışdırın. Alınan məcunu  sobanın içinə (daha çox çirkli bölgələrə) və sobanın hər yerinə sürtün.

Sobanın qapağını bağlayın və 1 gün ərzində gözləyin. Təmizləmə əməliyyatı qurtardıqdan sonra  quru təmiz bir bez ilə qurulayın. Qalan məcunu sprey şüşəyə yığıb içərisinə sobanızın təmizliyinə çatacaq qədər sirkə əlavə edin. Sobanın hər tərəfinə səpin. 1 saat gözləyin və sonrada yaş bez köməyiylə silin, sonra qurulayın.
Artıq sobanız növbəti yeməklər üçün hazırdır!