Paylaş

Kişi Magazine bu dəfə siz kişilərə faydalı olan qidalar haqqında məlumat verir:

  1. Avakado. Tərkibindəki fol turşusu bədəndəki proteinin miqdarını azaldar və bu sizi daha da enerjili edər.
  2. Şokolad. Serotonin və dopamin hormonlarını və cinsi istəyi artırır. Tünd, acı şokolad yeyənlər bu təsiri daha tez görə bilərlər.
  3. Qızıl balıq. Tərkibində yüksək Omega 3 var. Bunun sayəsində damarda qanın dövriyyəsi sürətlənir.
  4. Stridiya. Cinsi gücü artıran qidalar arasında bəlkə də ilk ağıla gələn qidadır. Tərkibindəki sink sayəsində sperma sayını artırır. Həmçinin cinsi istəyi artıran özəlliyi də var.
  5. Yumurta. B6 vitamini ilə zəngin olan yumurta hormonların səviyyəsini tarazlaşdırır və cinsi istəyi artırır.
  6. Çərəzlər. Badam, püstə, fındıq ən önəmli qidalardandır. Dopamin hormonu və qan dövriyyəsini sürətləndirir.
  7. Sarımsaq. Xoşagəlməz iyi olsa da, qan dövriyyəsini sürətləndirən təsirə malikdir.