Paylaş

Kişilər də piyliliyə qadınlardan az meyilli deyil. Bu artıq çəkini gətirən isə hərəkətsiz həyat tərzi ilə birgə artıq qəbul edilən qidadır. Formada qalmaq üçün xeyirli qidalanmağa fikir vermək lazımdır. Xeyirli qidalanmanın qaydalarına bunlar daxildir:

Səhər yeməyi yeyin– Əgər siz səhər tələsirsiniz və yemirsinizsə, axşam mütləq artıq yeyirsiniz. Səhər qida qəbulunda zülal, karbohidratlar və vitaminlər olmalıdır. Əvvəlcə şirə içib, 20 dəqiqədən sonra buxarda bişən omlet, yulaf sıyığı yeyə bilərsiniz.

Asta yeyin– Yeməyi diqqətlə çeynəyərək yeyin. Beyinə toxluq haqqında siqnal tez çatacaq və siz artıq yeməkdən qaçacaqsınız.

Alkoqollu içkilərdən imtina edin– Alkoqollu içkilər orqanizmə daxil olub qarın nahiyəsində piy şəklində yığılan artıq kaloridir. Bir bakal pivə içdikdən sonra, siz yeməyə ikiqat güclə hücum edirsiniz. Çünki, pivənin tərkibində böyük miqdarda fitoestroqen var.

Zərərli ərzaqlardan imtina edin– Çipslər, fast-fud, qızarılmış, duzlu, konservləşdirilmiş, hisə verilmiş ərzaqları qida rasionundan çıxarmaq, şirniyyat, çörək, un məmulatlarını maksimal şəkildə məhdudlaşdırmaq lazımdır. Arıqlamaq üçün az-az və tez-tez qidalanmaq faydalıdır.

Əsasən bu ərzaqları qəbul edin– Əsas rasionu ət və yağsız balıq, quş əti, tərəvəz, meyvə təşkil etməlidir. Bu sağlam qidanın əsasıdır. Meyvə və tərəvəzi təmiz halda istifadə etmək düzgündür.