Paylaş

Hamı bilir ki, yemiş həm çox dadlı, həm də çox faydalı məhsuldur.

Lakin yemişin tumları da çox faydalıdır və xalq təbabətində müalicəvi vasitə çox geniş istifadə olunur. Kishi.az saglamolun.az-a istinadən yemiş tumlarının bilmədiyiniz faydalarını təqdim edir.

– Yemiş tumları ta qədimdən güclü afrodiziak kimi tanınır. Afrodiziak cinsi aktivliyi və həvəsi stimullaşdıran və artıran maddədir. Məhz bu səbəbdən yemiş tumları qədim vaxtlardan kişilərdə potensiyanın zəifələməsi, prostat vəzi xəstəlikəri zamanı istifadə olunurdu.

Bu məqsədlə yemişin tumlarını qurudmaq, üyüdmək (qabıqları təmizləmək lazım deyil) və gün ərzində 1 çay qaşığı olmaqla yeməkdən 1 saat sonra qəbul etmək lazımdır. Yemişin tumlarında sink çoxdur. Sink isə kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz mineral sayılır.

– Yemiş tumları öskürək (hətta xroniki öskürək), bronxit zamanı da çox yaxşı müalicəvi təsir göstərir, bəlğəmi çıxardır, iltihabəleyhinə təsir edir. Öskürəklə mübarizə etmək üçün yemiş tumlarından “süd” hazırlamaq lazımdır. Yemişin tumları qurudub, qəhvə üyüdən maşınında üyüdmək və 1 xörək qaşığı götürüb 1 stəkan ilıq suda həll etmək lazımdır. Alınmış “süd” gün ərzində 3 dəfə olmaqla yeməkdən əvvəl qəbul olunmalıdır.

– Bu “süd” həmçinin dəriyə çox gözəl cavanlaşdırıcı təsir edir – kiçik qırışları açır, dərinin rəngini yaxşılaşdırır, dərini daha yumşaq və elastik edir. “Süd”də pambıq parça isladın və təmiz üz və boyun dərisinə qoyub 20 dəqiqə saxlayın. Bu sadə proseduru həftədə 2-3 dəfə etmək olar.

– Yemiş tumları bağırsaqları və qara ciyəri yaxşı təmizləyir. Bunun üçün yemişin tumlarını quruduruq, üyüdürük və alınan “un”u gün ərzində 3 dəfə olmaqla yeməkdən 1 saat sonra qəbul edirik.

– Yemiçin tumları sidikqovucu təsirə malikdir, sidik yolları təmizləyir.

– Yemişin tumları öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, durğunluğu aradan qaldırır.

– Yemişin tumları qurdqovucu təsirə malikdir. Bu uşaqlar üçün xüsusilə aktualdır.