Paylaş

Kokos çox faydalı və müalicəvi məhsuldur. Hazırda biz də bu məhsuldan faydalana bilirik.

Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos “südü”nün tərkibində olan laurin turşusu təbii antibiotikdir. Laurin turşusu ana südünün tərkibinə daxildir.

Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos “ilahi” meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar.

Kishi.az saglamolun.az-a istinadən kokosun çoxsaylı faydalarını təqdim edir.

Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.

Kokosun “südü” və əti insana əlavə enerji və güc verir. Bu səbəbdən bu məhsulu idmançıların qidalanmasına tez-tez əlavə edirlər. Zəif, xəstə, əməliyyat keçirmiş insan da kokosun bu faydalı xüsusiyyətindən istifadə edə bilər.

Kokos insanın cinsiyyət sisteminə çox müsbət təsir edir. Kokos (xüsusilə onun “südü”) kişilərdə potensiyanı yaxşılaşdırır.

Kokos ürək xəstəlikləri, onkoloji xəstəliklər, ateroskleroz riskini azaldır.

Kokos görmə qabiliyyətini yaxşılaşdırır.

Kokos saçların və dərinin vəziyyətinə müsbət təsir edir. Bu səbəbdən kokos yağı müxtəlif maskalar, kremlər, şampunlar və s. tərkibində çox geniş istifadə olunur. Ümumilikdə kokos yağı çox faydalı müalicəvi məhsuldur.

B qrupu vitaminlərlə zəngin olan kokos insanın sinir sisteminə çox müsbət təsir edir – sakitləşdirir, beynin fəaliyyətini yaxşılaşdırır.

Kokosun əti bağırsaqlar üçün xüsusilə faydalıdır – bağırsaqları təmizləyir, burada yığılan toksinləri, şlakları və s. ziyanlı maddələrin xaric olmasını sürətləndirir.

Kokos immun sisteminə çox müsbət təsir edir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Kokos seçəndə onu bir az silkələyin. İçərisində maye varsa, bu? təzə kokosdur. Kokos südü uşaqlar üçün çox faydalıdır.