Paylaş

Qadın-kişi münasibətləri üzərindən aparılan araşdırmalar, xüsusilə kişilərin hansı qadınları daha çox cəlbedici gördüklərini açıq şəkildə ortaya qoyur.

Kişi Magazine  sizə kişiləri necə cəlb etməyin yollarını bölüşür:

Dodaqlar ön planda

Mançester Universitetində aparılan araşdırmaların nəticəsində, dodaqların bir qadının ən çəkici fiziki xüsusiyyəti olduğu deyilib.  Angelina Jolie və Scarlett Johason kimi ulduzların cazibədarlığı düşünülərsə, tərsini iddia etmək mümkün deyil. Xüsusilə çəhrayı və qırmızı dodaq boyaları kişilərin diqqətini cəlb edir.

Güclü göz kontaktı

“Gözlər qəlbin aynasıdır” sözünü hər birimiz bilirik, amma gözlər eyni zamanda bir insanın diqqətini cəlb edən ən önəmli qapıdır. Birindən xoşunuz gələn zaman göz bəbəkləriniz böyüyür. Buna görə də, böyük göz bəbəkləri hər kəsin diqqətini daha da cəzb edir.

Bəyaz dişlər

Araşdırmalar  düzgün, bəyaz dişlərin daha çox diqqət cəlb etdiyini söyləyir. Hər gün dişlərə qulluq etmək və dişləri həkim nəzarətində saxlamaq təkcə sağlamlıq  üçün deyil, eşq həyatı üçün də vacibdiir.

Bədən dilindən istifadə edin

Bir yerə söykənib ayaqlarınızı qarşınızdakı şəxsi işarə edərək durduğunuzda münasibətə açıq olduğunuz mesajını verirsiniz. Bir yerdə oturduğunuz zaman xoşunuza gələn kişiyə tərəf əyilərək danışın. Üzünüzün qızarması da cəlbedici sayılır, bu bədəninizin qarşı tərəfin diqqətini çəkmək üçün etdiyi oyundur.

Qırmızının gücü

Rənglər üzərindən aparılan araşdırmada iştirakçılara eyni anda iki müxtəlif şəkil göstərildi. Eyni pozalarda çəkilmiş şəkillərin birində modelə mavi, digərində isə qırmızı paltar geyindirilir. Nəticələrə görə qırmızı rəng daha çox diqqət cəlb edib.