Paylaş

Kishi.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şimali Afrika Berberilerinin bir qolu olan Tuareglər 1000 ildən çoxdur ki, köçəri həyat yaşayırlar. Özlərini İmuhar (azad insan) adlandıran bu qəbilə müsəlmandır və 1.5 milyon əhalisi var.

Bir-birinə möhkəm bağlarla bağlanan qəbilələr halında yaşayan Tuareglərdə ana hökmranlığı hələ də davam edir və uşaqlar ananın qəbiləsinə aid olub onun soyunu davam etdirir. Əvvəllər qırmızı boyalı çadırlarda yaşasalar da, artıq özləri üçün kiçik evlər hazırlamağa başlayıblar. Qadınlara xüsusi dəyər verilən bu qəbilədə evin rəisi qadındır. Evlə yanaşı mal-qara, çadır da qadına məxsusdur. Evlilik tamamilə qadınların arzusuna əsasən reallaşır. Əgər bir qadın evlənməyə qərar versə, kişinin ona  yazacağı şeirlərin təsiredici olmasını gözləyir. Bu cəmiyyətdə yazıb oxumaq da vacib şərtlərdəndir.

Kişilər hər hansı bir çadırda qadından yemək tələb etməsi üçün həmin qadınla şəxsi münasibətinin olması şərtdir. Əks halda bu, qadına edilmiş böyük kobudluq, ağır hörmətsizlik kimi qəbul edilir. Bundan başqa, qadınlar evlənənə kimi istədikləri qədər insanla sevgili ola bilər. Ailələr qızların həyatına çox nadir hallarda qarışır. Əgər evdə yaşayan qadın gecəni hansısa kişi ilə keçirmək istəyirsə, tək bir şərt var. Ssəhər gün çıxana kimi kişi dəvəsi ilə birlikdə çadırı tərk etməlidir.

Bir qadın boşanmağa qərar verdiyi zaman ona ən böyük dəstək ailəsindən gəlir və boşanma qonaqlığı təşkil olunur. Bu qonaqlıq ilə ailə qızlarının yenidən bekar olduğunu bütün qəbiləyə bildirir. Digər müsəlman toplumlardan fərqli olaraq burada boşanan, bir neçə dəfə evlənən qız öz dəyərini heç vaxt itirmir. Evli olmadığı müddətdə boşanmış, dul və yaxud yaşlı olmasının cəmiyyət üçün heç bir fərqi yoxdur. Dəvələr səhranın ən vacib heyvanlarıdır. Boşandıqdan sonra kişilərin əlindən alınmayan, onlara qalan tək şey dəvələridir.

Tuareglər qəbiləsinin ən fərqli cəhətlərindən biri də burada qadınların yox, kişilərin bağlanmasıdır. Onlar qadınların, tanımadıqları insanların yanında üzünə mavi örtük tuturlar. Kişilər qadınlara verilən gözəlliyin gizlədilməməsinə inanırlar. Onlardan bunun səbəbini soruşduqda isə belə cavab veriblər: “Gözəl olan qadınlardır və biz onları görmək istəyirik”. Qəbilənin qərarları, siyasi baxışları da qadınların imzasından asılıdır. Bir ailə üçün uşaqdan sonra ən dəyərli şey qonaqdır. Qonaqpərvər bu cəmiyyətdə qapısından içəri girən hər kəsə xüsusi bir dəyər verilir. Qonaqdan ilk olaraq su istəyib istəmədiyi soruşulur. Qonaq susuzluqdan ölsə belə ev sahibi ona təklif etməmiş su istəyə bilməz. Bu çox böyuk ayıb sayılır.

qadin2 qadin3 qadin4