Paylaş

İsti yay günlərində hər birimiz sərinləşdirici qidalara daha çox üstünlük veririk. Biz də evdə hazırlayıb rahatlıqla yeyə biləcəyiniz dondurma reseptini təqdim edirik.

Tərkibi:
2 stəkan süd
1 çay qaşığı vanil
4 yumurta sarısı
1 stəkan şəkər tozu
200 qr qaymaq

Hazırlanma qaydası:
Əvvəlcə 2 stəkan südə vanil əlavə edib qaynadırıq.
Süd qaynadıqdan sonra isə 15 dəqiqəyə yaxın soyumağa qoyuruq.
Bu vaxt başqa bir qazanda 4 yumurta sarısını şəkər tozu ilə qarışdırıb, ilıq südü həmin qarışıma yavaş-yavaş qarışdıraraq əlavə edirik.
Qazanı içi su ilə dolu başqa bir qabın içinə qoyub (benmari üsulu) zəif atəşdə qarışdıraraq bişiririk.
Qaynamamağı üçün xüsusi diqqət yetirik.
Ümumiyyətlə krem halına gələnə qədər 10-15 dəqiqə bişiririk.
Qarışım qaşığa yapışmağa başlayanda ayrı bir qaba töküb soyumağa qoyuruq.
Üzərinin qaymaq tutmamağı üçün arada bir qarışdırırıq.
200 qr qaymağı ayrı bir qabda qarışdırıb hazırladığımız soyuq qarışıma az- az töküb qarışdırırıq.
Üzərini örtüb dərin dondurucuya qoyuruq.
Sonra qarışımı dondurucudan çıxarıb mikserlə bir neçə saniyə qarışdırıb və yenə də dərin dondurucuya qoyuruq.
Bu prosesi qarışım dondurma halına gələnə qədər bir neçə dəfə təkrarlayırıq.
Hazırladığınız dondurmanı daha sonra dərin dondurucudan çıxarıb soyuducunun digər bölməsində plastmas bir qabda saxlamanız daha məsləhətlidir.