Paylaş

Psixoloqların fikrinə  görə maşınlar bəzi kişilər üçün nəqliyyat vasitəsi, bəzisi üçün də güc və qürur simvoludur. Məsələn “avtomobil komfortlu, sürətli, sağlam, təhlükəsiz, estetik, rəngi gözəldirsə …” şəklində gələn mülahizələr o kişinin özünə etibarını və digər kişilərə üstünlüyünü sübut etmək istəyindən yaranır. Həyatda ev sahibi olmaq necə bir gücdürsə, evin xüsusiyyətlərinin üstün olması keyfiyyəti işarə edirsə, gözəl avtomobil sahibi olmaq da kişi üçün istədiyi mövqeyə çatma, bir baxımdan da özünü qoruma simvoludur. Onun üçün də avtomobil güc, pul, çalışqanlıq və zəka göstəricisidir.

Avtomobil ilk hazırlandığı gündən bu yana kişi cinsəlliyinin bir tamamlayıcısı olaraq bilinib. Məsələn ilk avtomobil reklamlarında və gəzintiyə çıxan avtomobilin idarəsi kişidə, qadın isə onun yanında var olan adam olur və ya avtomobil qadına gedən bir vasitə idi.

Bu səbəblə də qadınların, kişilərin qüvvət simvolu olan avtomobillərinə olan ehtirasını anlayışla qarşılamaları lazımdır.

Necə deyilirdi əvvəllər? At, arvad, silah! İndi at = avtomobil, arvad yenə eyni siz qadınlar, yəni siz dəyişməyəcək arzular, silah = pul, yəni güc.  Sizcə qadınlar gücsüz kişiləri mi sevər? Xeyr! O zaman qadınlardan xahiş edirik; kişilərdəki avtomobil ehtirasına bir də bu gözlə baxsınlar. Avtomobilini yaxşı idarə edə bilməyən kişi, evini, yoldaşını idarə edə bilməz.  Bu səbəblə də kişilərin avtomobillərinə bəyənməsəniz, onunla deyil, sizinlə maraqlanmasını istəsəniz belə əsla bu barədə mənfi fikirlər söyləməyin. Çünki bu onların ehtirasıdır. Avtomobillər böyük kişilərin oyuncaqlarıdır. Biz kişilər yalnız bu sevgimizə qarşı anlayışlı olmağınızı istəyirik, qadınlar.

Mənbə: bayefendi.com