Paylaş

Zaman kişilərin peşə seçiminə də təsirini göstərir. Məsələn, bir vaxtlar kimyaçı olmaq dəbdə idi,   müxtəlif maddələr öyrənilirdi, sınaqlar aparılırdı. Bu peşənin təmsilçiləri çox məşhur idilər və cəmiyyətdə hörmətlə qarşılanırdılar.

Zaman keçdikcə siyasət və vəzifə kişilər arasında daha çox məşhurluq qazandı və bu günə qədər də əksər siyasi vəzifələr məhz kişilərə həvalə olunub. Buna baxmayaraq, özümüzü incəsənətdə  göstərə bilmişik. Rəssam, musiqiçi, mügənni, yazıçı və sair bu kimi peşələrə yiyələnmişik.
Yüksək maaşlı və buna görə də prestijli sayılan peşələrə hüquqşünas, iqtisadçı, vəkil, bank işçisi, menecer, özəl klinikada həkim, mühasib aid edilir. Kompüter texnologiyaları ilə bağlı işlər də kişilər arasında yayılıb. Bu sahədə ən geniş yayılmış “proqramçı” peşəsidir. Proqramçı telekommunikasiya sahəsində yenilikləri irəli sürür, bankomatların, POS-terminalların və digərlərinin proqram təminatını hazırlayır və quraşdırır. Proqramçı bu peşənin ümumi adıdır. Bura veb-proqramçı, müxtəlif dillərdə işləyən proqramçılar və s. aid ola bilər.

Qadınlar nə qədər əksini iddia etsələr də, aşbaz peşəsi də bizə olduqca yaraşır. Kişilər mətbəxdə bütün ürəklərini ortaya qoyurlar və bu səbəbdən onların bişirdikləri xüsusi dada malik olur və ən məşhur aşbazlar da məhz kişilərdi. Aşbaz – hərtərəfli bir peşədir. Aşbaz həm iqtisadçı (istifadə olunan məhsulların hesablanması), həm rəssam (masaya verilən yeməyin xarici görünüşünün hazırlanması), həm mexanik (mətbəx avadanlıqlarından anlayışı olmalıdır) olmalıdır.

Ən yaxşı stilistlər də məhz kişilər olur,  Stilist həmçinin düzgün geyinməyə, qarderobu yığmağa kömək olur. Stilist vaxt itkisinə yol vermir, siz sadəcə istədiyiniz formanı, rəngi, ölçüləri verirsiniz və stilist sizin yerinizə hər  şeyi həll edir.  Böyük iş adamları, müğənni və kino ulduzlar məhz stilistin köməyi ilə özlərinə imic yaradırlar. Kişi stilistlər daha dürüst öz işlərini yerinə yetirirlər, qadınlar isə adətən başqalarını həvəssiz bəzəyirlər.

Hərbçi, dənizçi, polis, xilasedici, yanğınsöndürən kimi peşələrə də maraq çoxdur. Həm də formada olan kişilər adətən qadınların həmişə zəif nöqtəsi olub və olmaqdadır.