Paylaş

Bəzən kişilərin onlarda nəyi sevmədiyini bilməyən qadınlar xarici görünüşlərində- geyimlərində, makiyajlarında ciddi səhvlərə yol verirlər. Bu dəfəki məqaləmiz də məhz kişinin qəlbinə gedən yolu tapmaqda çətinlik çəkən xanımlar üçündür. Sizcə, kişi üçün bir qadını cazibədar edən amil hansılardır?

Baxımlı əl və ayaqlar

Kişilər manikürlü əl, pedikürlü ayaqlar görmək istəyir. Baxımsız əl və ayaqlara dözümləri yoxdur. Əcaib rəngli laklar da kişilərin xoşuna gəlmir. French manikür ya da qırmızı lakı bəyənirlər.

Dikdaban ayaqqabı

Dikdaban ayaqqabı geyinən qadın kişinin təsəvvüründə nə istədiyini bilən qadındır. Dikdaban ayaqqabı, silueti gözəlləşdirir, təsiredici və cazibədar görünür. Kişilər özünə güvənən qadınları bəyənirlər.

Uzun saç

Ümumiyyətlə, kişilər qadında uzun saçı seçirlər. Buna görə də deyə bilərik ki, uzun saçlı qadınlar hələ yarış başlamamış qısa saçlı qadınlardan 1:0 öndədirlər.

Ölçülü dekolte

Kişilər qadınlarda ölçülü dekolteni sevirlər. Onlar üçün hər yerini açan qadın səhv qadın tipidir. Kişilər üçün dekolteni ölçülü istifadə edən və özünə yaraşdıran qadın cazibədardır. Məsələn, bir qadının qıçları gözəldirsə, qıçlarını açmasını, kürəyi gözəlsə, kürəyini açmasını gözləyərlər. Hər yerini deyil..