Paylaş

Kişilər arasında ən geniş yayılmış estetik problemlərdən biri sinələrlə bağlı problemlərdir.

40 yaşından sonra kişilərin sinəsi böyüməyə başlayır. Bu böyümənin səbəbi isə çox zaman yağ toxumasıdır. Bu problemi əməliyyatla ortadan qaldırmaq isə çox asandır. Müasir dövrdə kişilərin ən az yüzdə 50-si iri sinə problemindən əziyyət çəkir. Tibbdə “jinekomasti ” adlanan bu problem “jino”- qadın, “masti”- sinə mənasını verir. Xalq arasında isə “qadın sinəli kişilər ” olaraq adlanır. Xüsusən yay günlərində kişilər üçün iri sinələrini gizlətmək çətin olur.

Buna səbəb nələrdir?

Kishi.az Aile.lent.az-a istinadən xəbər verir ki, kişilərin sinə böyüməsində səbəb olan amillərə köklük, yanlış qidalanma və hormonlardır. Qadınlar arasında geniş yayılmış sinə xərçənginin yüzdə bir nisbəti kişilərdə rastlanır. Buna görə kişilər sinə böyümə probleminə yüngül yanaşmamalıdır.

Kişilərin sinəsi niyə böyüyür?

Kişilər 14 yaşına çatdığında testisləri testesteron ifraz etməyə başladığı üçün səsləri qalınlaşır, bədənləri tüklənir, cinsi orqanları böyüyür və əzələləri çoxalır. Oğlanlarda qadınlıq hormonunu artıran, çox köklük, yanlış qidalanma və şəkərli içkilərin çox qəbuludur. Belə yanlışlar nəticəsində bədəndəki testesteron miqdarı azalır, cinsi orqan kiçik qala bilir və sinələr böyüyür. Əvvəllər çimərlikdə, küçələrdə sinəsi böyük kişilərə bu qədər çox rastlamazdıq. İndi isə çimərlikdə sinələrini gizlətmək üçün soyunmayıb köynəklə çimən kişilərin sinələri o qədər yekəlib ki, köynəkdən belə bəlli olur.

Yay istiliyində sərinləmək üçün kişilərin içdiyi pivələrin mayasında olan bitki mənşəli qadınlıq hormonları da kişilərin sinələrini böyüdən bir digər amildir. Bu problemin həlli kişilərə irəli yaşlarda testesteron verilməsi ilə mümkün ola bilər.

Pəhrizlə artıq çəkilər verilsə və qidalanma qaydaya salınsa da kişilərin sinələri tam olaraq kiçilməz. Həyatboyu iri sinə problemi yaşamaq istəməyən kişilərin tək seçimi sinələrini əməliyyatla, yəni yağ əmmə yolu ilə kiçiltməkdir. Bu əməliyyat 2014-cü ildə ən çox müraciət edilən üsul olub. Əməliyyat sonrası sağalma müddəti çox uzun çəkmir. Sinədəki yağ bir santimetrlik dörd ya da beş kəsikdən əmilir. Kəsiklərə tək tikiş vurulması kafidir. Əməliyyatdan sonra normal həyata qısa müddət içində qayıtmaq mümkün olur.

Sinəsi böyük olan kişinin psixologiyası da pozulur. Bir an əvvəl müalicə alması lazımdır. Sinələr heç bir pəhriz ya dərman köməyi ilə kiçilməz. Bu cür problemləri yaşamamaq üçün böyümə yaşlarında qidalanmaya daha çox diqqət etmək lazımdır.

Kişilərdə sinələrin böyüməsinə səbəb olan ən mühüm amil qadınlıq hormonu, yəni esterogendir. Hazırda yeyilən bütün qırmızı ət, ağ ət, heyvanlar saxta qida və hormonlarla böyüdüldüyündən bol miqdarda esterogen tərkiblidir. Lobya yağında və bitkisində bol miqdarda esterogen mövcuddur. Bunu yedikdə qadınlıq hormon səviyyəsi avtomatik artır. Nəticədə kişinin sinələri böyüyür və qızlar çox erkən mensturasiya yaşayır. Erkən mensturasiya yaşayan qızlarda böyümə yavaşlayır və boyları qısa qalır.